Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2769
16.02.2021, 18:27
Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi Azərbaycanda COVID-19-la bağlı peyvəndləməni dəstəkləmək üçün birlikdə çalışacaq. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST tərəfindən həyata keçirilən layihə, COVID-19-la bağlı peyvəndləmənin bütün mərhələlərini əhatə edəcək və eyni zamanda ölkənin immunizasiya sisteminin gücləndirilməsi üçün önəmli proqram rolunu oynayacaq.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Oxu24.com-a verilən məlumata görə, layihə Aİ-nin maliyyələşdirdiyi və ÜST-nin Avropa regionundakı altı ölkədə COVID-19-la bağlı peyvəndləməyə hazırlıq, peyvəndləmənin həyata keçirilməsi və monitorinqini dəstəkləmək məqsədilə irəli sürülmüş 40 milyon avroluq təşəbbüs çərçivəsində ÜST tərəfindən əsas yerli tərəfdaşlar olan Səhiyyə Nazirliyi və TƏBİB-i dəstəkləmək üçün həyata keçiriləcək.
“Bu layihə Avropa İttifaqının tərəfdaş ölkələr, o cümlədən Azərbaycanda peyvəndləmənin sürətlə aparılmasına yardımçı olacaq. Biz hamımız peyvəndlərin qapanmalarla yadda qalan ötən ilin yeni ildə ümid və normal həyata qayıdışa çevrilməsinə yardımçı olmasını səbirsizliklə gözləyirik. Biz ötən il fərdi mühafizə vasitələri və tibbi ləvazımatın ölkəyə gətirildiyi və qısa zamanda birgə proqramlarımızı sosial-iqtisadi dirçəlişə dəstəyə yönləndirdiyimiz əməkdaşlığın davamı kimi “Team Europe” təşəbbüsü çərçivəsində, ÜST-lə birgə və tərəfdaşlarımızla həmrəyliklə çalışmaqdan qürur hissi keçiririk”, - Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib.
“Yanvar ayından başlayaraq Azərbaycanda COVID-19-a qarşı peyvəndləmə başlayıb. Multiplatformalı yanaşmanı nəzərə alaraq Avropa İttifaqı və ÜST ilə kommunikasiya, peyvəndlərin logistikası və soyuq zəncir qaydası ilə saxlanılması istiqamətində həyata keçirilən əməkdaşlıq mühüm əhəmiyyətə malikdir”, - TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
ÜST-nin Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr Hande Harmancı bildirib ki, peyvəndlər pandemiyaya qarşı mübarizənin ön cəbhəsində mübarizə aparanlara və xəstəliyin ağır nəticələrinin qorxusu altında yaşamağa məcbur olan yüksək risk qruplarındakı insanlara ümid və qoruma vəd edir: "Bu səxavətli dəstək sayəsində ÜST peyvəndlərin ən çox ehtiyacı olanlara ən qısa zamanda və daha effektiv şəkildə çatdırılmasını təmin etmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlığını gücləndirə bilər”.
Ayrılmış vəsait əvvəlcə peyvəndəməyə hazırlıq və peyvəndlərin gətirilməsinin ilk mərhələsini dəstəkləyəcək və avadanlıq/təchizat, səhiyyə işçilərinin təlimi və məlumat kampaniyaları kimi strateji sahələrdəki ehtiyaclarının qarşılanmasına xüsusi diqqət yetirəcək.
Layihə Aİ və ÜST-nin COVID-19 pandemiyasına cavab tədbirlərinə davam etməkdə olan dəstəyinin, o cümlədən tərəfdaş ölkələrdə virusa qarşı müvarizə və ən həssas insan qruplarının ehtiyaclarının daha yaxşı qarşılanmasına yönəldilmiş 35 milyon avroluq Aİ-nin Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün davamıdır.
00:02 / 14 Noyabr 2026
72
23:58 / 13 Noyabr 2026
54
23:49 / 13 Noyabr 2026
53
23:40 / 13 Noyabr 2026
63
23:28 / 13 Noyabr 2026
65
23:22 / 13 Noyabr 2026
78
23:17 / 13 Noyabr 2026
79
23:09 / 13 Noyabr 2026
88
23:05 / 13 Noyabr 2026
85
23:02 / 13 Noyabr 2026
89
22:53 / 13 Noyabr 2026
99
22:49 / 13 Noyabr 2026
95
22:41 / 13 Noyabr 2026
92
22:36 / 13 Noyabr 2026
108
22:18 / 13 Noyabr 2026
98
22:13 / 13 Noyabr 2026
99
22:03 / 13 Noyabr 2026
571
21:43 / 13 Noyabr 2026
923
21:36 / 13 Noyabr 2026
106
21:29 / 13 Noyabr 2026
133
21:24 / 13 Noyabr 2026
295
21:03 / 13 Noyabr 2026
115
20:58 / 13 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.