Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQIQƏ! Türkiyədən acı xəbər gəldi: Şəhid və yaralılar var

SON DƏQIQƏ! Türkiyədən acı xəbər gəldi: Şəhid və yaralılar var

DÜNYA

1549

11.02.2021, 10:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Türkiyə Ordusunun 2 hərbçisi hərbi əməliyyat zamanı şəhid olub.
Oxu24.com xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Məlumata görə, 4 hərbçi də yaralanıb. Nazirliyin açıqlamasında qeyd olunur ki, İraqın şimalındakı Qara bölgəsində aparılan “Pəncə Qartal-2” əməliyyatı çərçivəsində terrorçularla baş vermiş silahlı qarşıdurmada Türkiyə Ordusunun hərbi qulluqçuları kapitan Burak Coşkun və baş çavuş Harun Turhan həlak olub. Atışmada 4 əsgər də yaralanıb, yaralılar xəstəxanaya yerləşdirilib.
Açıqlamada bölgədə aparılan əməliyyat zamanı müəyyən edilmiş hədəflərin hava hücumu ilə vurulduğu və terrorçuların mövqelərinə ciddi zərbələr endirildiyi də bildirilir.