Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Mühüm iclas keçirilir: Rusiya əleyhinə qərar qəbul edilir

SON DƏQİQƏ! Mühüm iclas keçirilir: Rusiya əleyhinə qərar qəbul edilir

DÜNYA

4246

09.02.2021, 20:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını təklif edəcək.

Oxu24.com AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə C. Borrell Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.

“Bu məsələləri fevralın 22-də Aİ xarici işlər nazirləri şurasının iclasında, daha sonra mart ayında keçiriləcək zirvədə müzakirə edəcəyik.

Bu iclaslarda növbəti addımlar barədə qərarlar veriləcək. Sanksiyaların müzakirələrə daxil edilməsi düzgün olardı. Aİ-nin Xarici və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi kimi təşəbbüs hüququmdan istifadə edərək konkret təkliflər verəcəyəm”, - deyə C. Borrell vurğulayıb.

Xatırladaq ki, Aİ-nin Ali Nümayəndəsi 4-6 fevral tarixlərində Rusiyada səfərdə olub.