Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
3642
31.01.2021, 12:20
“Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyatları ilə terror dəhlizi layihəsi çökdürülən ABŞ Co Baydenin Prezident kimi fəaliyyətə başlamasından sonra Suriyanın şimalında PKK-ya dəstəyini artırıb.
Oxu24.com -un məlumatına görə, terror təşkilatı PKK-nı dəstəkləyən media orqanları Hasakanın Derik düzündə çəkildiyi iddia edilən 14 nəqliyyat vasitəsi karvanının görüntülərini yayımlayıb.
Xəbərdə Cizre ilə üzbəüz bölgədə yeni əməliyyat təşkil ediləcəyi iddia edilib. Bəzi xəbərlərdə isə karvanın Türkiyə-Suriya-İraq sərhəd üçbucağında və Sincarda mümkün əməliyyata hazırlandığı qeyd edilib.
İddialardan iki gün sonra ABŞ əsgərləri ilk dəfə bu bölgədə olduqlarını nümayiş etdiriblər. Amerikalı qüvvələr Derik sərhədlərinin Şırnak və Zaho ilə kəsişdiyi ərazidə 6 “Bradley” zirehli texnikası ilə keşik çəkiblər. Rumeylan qəsəbəsinin cənubundakı Harab-əl-Jir hava limanından yola çıxan vertolyotlar da patrulu müşayiət edib.
ABŞ həmçinin Derik bölgəsinə silah, texnika və zirehli nəqliyyat tədarükünü də sürətləndirib. Məlumata görə, ABŞ tərəfindən 23 dekabr-23 yanvar tarixləri arasında İraqın şimalındakı bazalardan 240 yük maşını hərbi texnika PKK-nın işğalı altındakı bölgələrə göndərilib. Göndərilən sursatların arasında tanklar və “Bradley” zirehli maşınlarının olduğu bildirilib.
İddia edilir ki, Türkiyə ilə sərhəd yaxınlığında hərbi bazaların yaradıla biləcəyi gözlənilir.
ABŞ Xarici İşlər Nazirliyi Suriyada əsas yeri olan PKK terror təşkilatının yaratdığı Suriya Demokratik Qüvvələrinə dəstək verəcəklərini açıqlayıb:
“İŞİD-lə mübarizədə əsas payını alan Suriya Demokratik Qüvvələrinə dəstəyimiz davam edir. ABŞ-ın dəstəyi olmadan İŞİD terrorçularının kökünü kəsə bilməzlər və hələ də həbsdə olan on minlərlə İŞİD məhbusunu və ailələrini qoruya bilməzlər. ABŞ Suriyanın şimal-şərqindəki bu qüvvələrlə sıx əməkdaşlığa davam edir. Suriya xalqının gələcəyi, bölgədə lazımi sabitlik və təhlükəsizliyi təmin etmək üçün dəstəyimiz davam edəcək”. (Publika)

00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.