Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47808
az

Ermənilər ABŞ-ın Bakıdakı səfirinə “hücuma” keçdi

23:5530 Yanvar, 2021
6007
DÜNYA
  • A

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Azərbaycanı ərazi bütövlüyünü bərpa etdiyi üçün təbrik edib və ABŞ-ın müharibədən sonra Bakının nəzarəti altına keçən ərazilərdə bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib.

Sfera.az xəbər verir ki, çərşənbə günü mətbuat üçün yayımlanan açıqlamaya görə, cənab Litzenberger bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü zamanı söyləyib.

Səfir Amerika şirkətlərinin yenidənqurma işlərində, xüsusən də su ehtiyatlarının idarə olunması, yol və digər infrastruktur layihələrində, rəqəmsal və informasiya texnologiyaları sahələrində Azərbaycanla əməkdaşlıqda iştirak etməyə hazır olduğunu bəyan edib. Bu barədə Azərbaycan mətbuatına istinadən Ermənistanın "asbarez.com” saytı xəbər yayıb.

Sayt bildirir ki, Amerika səfirinin "Azərbaycanın işğalçılıq siyasətini toy-bayram etməsi Amerika Erməni Milli Komitəsi tərəfindən şiddətli qınaqla üzləşib".

"Bakıdakı səfirimiz (ABŞ) Azərbaycanın təcavüzünü bayram edir. Daha da pisi odur ki, amerikalıları yerli erməni torpaqlarının ticari istismarına cəlb etmək istəyirlər. Bu barədə əldə etdiyimiz təsdiqlənməmiş məlumatlar bizi narahat edir”, - Amerika Erməni Milli Komitəsinin İcraçı direktoru Aram Hamparyanın yaydığı bəyanatda belə deyilir.

Səfir Litzenbergerdən izahat tələb edən Amerika Erməni Milli Komitəsi "artsaq torpaqlarını ələ keçirən Azərbaycan”ın həyata keçirmək istədiyi layihələrə Amerika tərəfindən sərmayə qoyulmasına etiraz edir.

Bu məsələ son dərəcə önəmlidir. Çünki Amerika Erməni Milli Komitəsi əmin idi ki, Co Bayden administrasiyası Cənubi Qafqazda birmənalı şəkildə ermənilərin mövqeyindən çıxış edəcək. Ermənilər ona da ümid edirdilər ki, ermənilərə dəstək məqsədi ilə ABŞ tezliklə Türkiyə və Azərbaycana qarşı sanksiyalara əl atacaq.

Ancaq ABŞ-ın Bakıdakı səfirinin İqtisadiyyat Nazirliyindəki görüşü və orada səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, yeni administrasiya da Azərbaycana xüsusi önəm verir. ABŞ-ın Azərbaycandakı səlahiyyətli səfirinin bu açıqlamaları həmin önəmin ilkin etirafı kimi dəyərləndirilməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Avropanın ən yaxşı 10 stadionu
Azarkeşlərin etirazı: qanlı milyonlar... -FOTO
"İskəndər-M" raket kompleksinin yaradıcısı vəfat etdi -FOTO


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Nəsimidə 1 nəfər intihara cəhd etdi