Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
4658
30.01.2021, 10:33
Yanvarın 29-dan 30-na keçən gecə İranın paytaxtında hava hücumuna qarşı həyəcan siqnalı işə düşüb.
Həyəcan siqnalının səsi Tehranın qərb hissəsində eşidilib, sosial şəbəkə istifadəçiləri həmin anlara dair kadrları yayıblar. Tehran sakinləri son 30 ildə belə hadisənin baş vermədiyini deyirlər.
Daha sonra Tehran əyalətinin rəhbərliyi həyəcan siqnalının işə düşməsinin səbəbini “təşkilatlardan birinin sistemində baş vermiş xəta” olduğunu bildirib. Həyacan siqnalı dayanıb, amma onun işə düşməsinin səbəbləri ilə bağlı müxtəlif məlumatlar hələ də yayılmaqdadır.
Tehranda həyəcan siqnalının işə düşdüyü dəqiqələrdə Türkiyənin “Turkish Airlines” hava yolları şirkətinin İstanbuldan Tehrana uçan TK874 bort nişanlı sərnişin təyyarəsi kursu dəyişib və Bakıya istiqamət alıb. Təyyarə yerli vaxtla saat 00.05-də Tehrana enməliydi, amma şəhərin üstündə bir neçə dövrə vurduqdan sonra kursu dəyişib və Heydər Əliyev Bakı Beynəlxalq Aerportuna enib.
Tehranın İmam Xomeyni adına Beynəlxalq Aeroportunun rəsmisi Farşid Hüseyni İSNA agentliyinə bildirib ki, “əlverişsiz hava şərtlərinə görə”, “Turkish Airlines” şirkətinin təyyarəsinin pilotu aerporta enməməyi qərara alıb. Təyyarə Bakıya uçub və hava şərtləri normallaşan kimi yenidən Tehrana uçacaq.
Lakin təyyarənin kursunu dəyişməsinin əslində Tehranda hava hücumundan müdafiə sisteminin həyacan siqnalının işə düşməsi ilə əlaqəli olduğu ehtimal edilir. İran KİV-ləri həyacan siqnalının işə düşdüyü dəqiqələrdə Tehran aeroportu rayonuna elektrik enerjisi təchizatının dayandığını, uçuşların təxirə salındığını xəbər verirdi.
Həmin dəqiqələrdə aviareysləri monitorinq edən internet saytları Tehran üzərində bütün aviauçuşların dayandığını qeydə alıb. Bu, son 30 ildə ilk dəfə qeydə alınır. Bəzi ehtimallara görə İranın hava hücumundan müdafiə sisteminə kiberhücum həyata keçirilib və sistem işə salınıb. Habelə GPS sisteminin də işinin pozulduğu bildirilirdi.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.