Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1972
24.01.2021, 20:19
Yanvarın 23-də Rusiyanın müxtəlif bölgələrində Aleksey Navalnıya dəstək aksiyalarında iştirak edənlərin sayı 250-300 min nəfər təşkil edib.
Oxu24.com "Dojd" telekanalına istinadən xəbər verir ki, bunu siyasətçinin qərargah şəbəkələrinin rəhbəri Leonid Volkov "Açıq Mediya"ya bildirib.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov Moskvada 50 mindən çox insanın razılaşdırılmamış aksiyaya çıxdığını deyib. Reuters agentliyi isə Moskvadakı etiraz aksiyasında 40 min nəfərin oduğunu yazıb. RF Daxili İşlər Nazirliyinin məlumatına görə, Moskvada cəmi 4 min insan aksiyalara qoşulub.
"Bəyaz sayğac" layihəsinin koordinatoru Dmitri Nesterov "Açıq Mediya"ya verdiyi açıqlamada, şəxsi qiymətləndirməsinə görə, Puşkinskaya meydanındakı nümayişdə bütövlükdə 20 mindən çox insanın iştirak etdiyini deyib. Nesterov onu da vurğulayıb ki, aksiya zamanı "Ağ sayğac" layihəsi hesablamalar aparmayıb. O, 23 yanvar etirazlarını Rusiyada krçirilən son illərin ən kütləvi razılaşdırılmamış aksiyası adlandırıb.
Yanvarın 23-də Rusiyanın paytaxt Moskva da daxil olmaqla müxtəlif bölgələrində Aleksey Navalnıya dəstək aksiyaları keçirilib. "OVD-Info"-ya görə, razılaşdırılmamış aksiyal zamanı 3 mindən çox insan güc strukturları tərəfindən saxlanılıb. Onlardan 1320 nəfəri Moskvada, 490-ı isə Peterburqda saxlanılıb.
Aksiyalardan sonra Rusiya Federasiyası İstintaq Komitəsi Moskvada, Sankt-Peterburqda və Vladivostokda polis məmurlarına qarşı zorakılıqla əlaqədar cinayət işləri və yetkinlik yaşına çatmayanların qanunsuz hərəkətlərə qarışması ilə bağlı iş qaldırıb. Bundan əlavə, Moskvada xuliqanlıq və əmlaka qəsdən ziyan vurma maddələri ilə də cinayət işləri açılıb.
Xatırladaq ki, yanvarın 17-də Berlindən Moskvaya dönən A.Navalnı 30 gün müddətinə həbs olunub. Qeyd olunur ki, məhkəmə müxalifətçinin "İv Roşe" işi üzrə şərti cəzasının həqiqi cəza ilə əvəz olunması məsələsinə də baxacaq.
09:30 / 14 Noyabr 2026
15
09:29 / 14 Noyabr 2026
62
09:23 / 14 Noyabr 2026
73
08:09 / 14 Noyabr 2026
1023
01:15 / 14 Noyabr 2026
153
00:40 / 14 Noyabr 2026
307
00:02 / 14 Noyabr 2026
1104
23:58 / 13 Noyabr 2026
161
23:49 / 13 Noyabr 2026
160
23:40 / 13 Noyabr 2026
166
23:28 / 13 Noyabr 2026
161
23:22 / 13 Noyabr 2026
153
23:17 / 13 Noyabr 2026
413
23:09 / 13 Noyabr 2026
180
23:05 / 13 Noyabr 2026
152
23:02 / 13 Noyabr 2026
325
22:53 / 13 Noyabr 2026
162
22:49 / 13 Noyabr 2026
155
22:41 / 13 Noyabr 2026
153
22:36 / 13 Noyabr 2026
176
22:18 / 13 Noyabr 2026
160
22:13 / 13 Noyabr 2026
154
22:03 / 13 Noyabr 2026
1185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.