Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
3368
17.01.2021, 07:38
"Əsirlər ətrafında müzakirələrin davam etməsi Paşinyanın xeyrinədir"
Oxu24.com Moderator.az-a istinadən xəbər verir ki, bunu tanınmış politoloq Elxan Şahinoğlu deyib:
"Dövlət başçısı İlham Əliyev bir neçə deyib ki, 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisində yaxalanan Ermənistan hərbçiləri əsir sayılmayacaq, onlar terrorçudurlar və məhkəmə qarşısında cavab verəcəklər.
Belələrinin sayının ən azı 63 nəfər olduğu deyilir. Bu, hazırda Ermənistanın siyasi dairələrində və cəmiyyətində ən çox müzakirə olunan mövzudur, “Paşinyan istefa versin” tələbi “əsirlərimizi geri qaytarın” şüarının kölgəsində qalıb.
Paşinyan əsirlər mövzusunu yanvarın 11-də Moskvada müzakirə etmək istəyirdi, İlham Əliyev buna önəm vermədi və Rusiya prezidenti Vladimir Putin də israr etmədi. Paşinyan pərt halda ortaq mətbuat konfransında dedi ki, əsirlər məsələsində razılaşma əldə olunmadı.
Buna baxmayaraq, əsirlər ətrafında müzakirələrin davam etməsi Paşinyanın xeyrinədir. Çünki Ermənistanda Paşinyanı narahat edən digər mövzular arxa plana keçib. Azərbaycan 63 Ermənistan vətəndaşını Dağlıq Qarabağda erməni separatçıların tamamının tərksilah olunması şərti ilə geri göndərə bilər.
Paşinyan isə 63 vətəndaşını geri qaytarmaqla laxlamış reytinqini bir az möhkəmlədə bilər. Bu Azərbaycanın da maraqlarına uyğundur ki, məğlub və kapitulyasiya bəyanatına imza atmış ölkənin lideri vəzifəsini itirməsin və üzərinə düşənləri etsin.
Paşinyan bu il erkən parlament seçkisinə gedir. Azərbaycanın şərtinin yerinə yetirilməsi qarşılığında 63 əsirin Ermənistana təhvil verilməsi parlament seçkisi öncəsində Paşinyanın işinə yarayacaq."
13:03 / 14 Noyabr 2026
1
12:49 / 14 Noyabr 2026
48
12:25 / 14 Noyabr 2026
74
12:09 / 14 Noyabr 2026
94
11:58 / 14 Noyabr 2026
93
11:50 / 14 Noyabr 2026
78
11:39 / 14 Noyabr 2026
82
11:32 / 14 Noyabr 2026
91
11:19 / 14 Noyabr 2026
99
11:09 / 14 Noyabr 2026
98
11:00 / 14 Noyabr 2026
114
10:58 / 14 Noyabr 2026
104
10:46 / 14 Noyabr 2026
111
10:36 / 14 Noyabr 2026
105
10:17 / 14 Noyabr 2026
94
09:59 / 14 Noyabr 2026
114
09:46 / 14 Noyabr 2026
122
09:30 / 14 Noyabr 2026
111
09:29 / 14 Noyabr 2026
137
09:23 / 14 Noyabr 2026
251
08:09 / 14 Noyabr 2026
1723
01:15 / 14 Noyabr 2026
201
00:40 / 14 Noyabr 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.