Qaynar xətt:

(+99450) 247 90 86

Yerə yıxıldı, ağzından qan gəldi - Yardım edənlər peşman oldular / VİDEO

Yerə yıxıldı, ağzından qan gəldi - Yardım edənlər peşman oldular / VİDEO

DÜNYA

3395

15.01.2021, 22:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin İstanbul şəhərindəki mərkəzi meydanların birində özünü simit satan kimi göstərən gənc özünü ağır xəstə kimi apararaq insanlardan pul dilənməyə çalışıb.

Oxu24.com xəbər verir ki, Taksim Meydanında simit qabını əlinə alaraq simit satan kimi özünü aparan gənc birdən özünü yerə ataraq, huşunun itdiyinə insanları inandırmağa çalışıb.
Məharətlə rol oynayan gənc hətta daha əvvəl sürtdüyü maddə ağzından qan gəldiyi təəssüratını yaradaraq vətəndaşları bu şəkildə xəstə olduğuna inandırmağa çalışıb.

Yerə yıxılan, ağzından qan gəldiyini görənlər gəncə yardım ediblər. Ərazidə olan polislərin oğlanın bu hərəkətləri diqqətini çəkib. Hərəkətlərindən şübhələnən polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparıblar.