Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45981
az

17 yaşlı qardaşı Qarabağda itkin düşən Hollandiya vətəndaşından ŞOK ETİRAFLAR: 30 ildir ki...

23:5406 Yanvar, 2021
1159
  • A

30 ilə yaxındır qardaşımın şəhid olduğundan, yaxud əsir düşdüyündən xəbər tuta bilmirik.

Bu sözləri Publika.az-a müsahibəsində Hollandiyada yaşayıb fəaliyyət göstərən həmvətənimiz İlkanə Goja bildirib.

Onunla müsahibəni təqdim edirik:

- İlkanə xanım, Hollandiyada ölkəmizin təbliğatçılarındansınız. Özünüz də qarabağlısınız.

- Bəli. Hər yerdə qürurla deyirəm ki, Ağdamda doğulub böyümüşəm. Ağdam işğal olunanda universitetdə oxuyurdum. Təhsilimi bitirən kimi amerikalılarla birgə xarici təşkilatlarda çalışmağa başladım. Dünya Bankı, Avropa Parlamenti və BMT-nin qlobal layihələrində yer alırdım. Xüsusən də iqtisadi inkişaf, torpaq islahatları üzrə fəaliyyət göstərirdim. Beynəlxalq Qızıl Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyətinin regional inkişaf proqramı üzrə bir çox layihə üzərində çalışdıq. Heç unutmadığım bir hadisə var. İcmanın inkişafı ilə bağlı layihəmiz vardı. Bu layihə Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edirdi. Hətta proqram çərçivəsində 2002-ci ildə İrəvana səfər etdik. Mən regional menecer vezifəsini daşıyırdım. Elə o vaxt gördüm ki, utanmadan "Arsax" xəyalları qururlar. Cənubi Qafqaza ayrılan maddi vəsaitin 40 faizini qondarma "Arsax"ın inkişafı üçün tələb edirdilər. Mən buna etiraz etdim. Əsas məqsədimizin vəsaitin ehtiyacı olan əlillərə xərclənəcəyi olduğunu bildirdim. Bakıya qayıdandan sonra layihənin meneceri olaraq Ermənistanın tələbləri qeyd olunmuş sənədi imzalamaqdan imtina etdim. Məbləğin böyük hissəsini Azərbaycanla Gürcüstan arasında böldük. Ermənistana isə pulun cüzi hissəsini saxladıq. O da bir şərtlə ki, gəlir ehtiyacı olanlara yalnız dünya xəritəsində tanınan Ermənistan ərazisi çərçivəsində ödənilənəcək.

- Ermənistanda olduğunuz müddətdə müşahidələrinizi bölüşməyinizi istərdim.

- Orada olduğum müddətdə öz çantamdan su içdim və yalnız apardığımız yeməkləri yedim. Bilirsiniz, Birinci Qarabağ müharibəsi başlayanda qardaşımın cəmi 17 yaşı vardı. Könüllü orduya qoşulmuşdu. Döyüşlərin birində ağır yaralanır. Əsgər yoldaşı onu xilas etmək istəyir. Lakin elə bu məqamda xəbər gəlir ki, digər yaralıları da xilas etmək lazımdır. Qardaşımı təndirdə gizlədib, geri qayıdırlar. Gələndə yerində tapa bilmirlər. Sonralar bütün gücümüzü səfərbər etsək də, ondan xəbər ala bilmədik. Ermənistanda olduğum müddətdə bizi qoruyan cangüdənlərin biri danışırdı ki, müharibə vaxtı o da Ağdam ərazisində döyüşüb. Orada keçirdiyimiz bir neçə gün ərzində mənim təhlükəsizliyimi təmin etdi. Artıq geri qayıtmalı idik. Sağollaşmaq üçün mənə əl uzatdı. Əlini geri çevirdim. Səbəbini soruşanda dedim, qardaşım həmin ərazidə döyüşəndə itkin düşüb. Bəlkə də onun qatili elə sənsən. Düşmən olsa da, bu söz ona çox acı təsir etdi. Təəssüf ki, 30 ildir qardaşımın şəhid olduğunu, yaxud yaşadığını bilmirik. Bu, çox böyük acıdır. Elə şən, həyat dolu uşaq idi ki... Bütün şəkilləri Ağdamdakı evimizdə məhv olmuş ailə albomumuzda qalıb. Yəni ondan bizə qalan əşya, yaxud digər xatirəmiz yoxdur. Amma səsi hələ də qulağımdadır.

- Şübhəsiz, 17 yaşlı qəhrəmanımız 30 il sonra da qürur yerimiz olacaq. Bəs bu ağır travmadan necə qurtuldunuz?

- Uzun müddət Avropa Şurası və Parlamentində məsləhətçi olaraq çalışmışam. Ümumiyyətlə, dünya təşkilatları ilə sıx əməkdaşlıq edirdim. 2008-ci ildə Hollandiyada işə dəvət olundum. Burada ikinci təhsil aldım. Hazırda psixoterapiya və qida terapiyası ilə məşğulam. Ağdamın işğalından sonra keçirdiyim sarsıntını, psixoloji travmaları, qardaşımla bağlı yaralarımı bu yolla sağaltmağa nail oldum. Xoşbəxtəm ki, Vətən müharibəmiz sona çatdı. Azərbaycanla bağlı bir sıra layihəm var. Biliklərimi Azərbaycandakı mütəxəssislərə aşılayıb, komada olan, eşitmə, nitq qabiliyyətini itirən qazilərimizi öz müalicə üsulumla sağaltmaq istəyirəm. Təəssüf ki, yollar bağlıdır. Sərt karantin rejimindən sonra ilk işim bu arzumu yerinə yetirmək olacaq. Gəncə, Bərdə və digər zərər çəkmiş rayonlarımızda dəhşətlərin şahidi olmuş ailələrlə terapiya keçirmək istəyirəm.

- Əminəm ki, Qarabağın, Ağdamın qayıdışını qardaşınız da gördü, hiss etdi. İstərdim, Hollandiyadakı fəaliyyətinizdən bəhs edək...

ƏTRAFLI
texnomart.az/yeni-il
- Öncə vurğulamaq istəyirəm ki, səbrlə ölkəmizi, ordumuzu gücləndirən ölkə başçımızla fəxr edirəm. Erməni diasporu Hollandiyada çox güclüdür. Müharibə ərzində deputatlar, jurnalistlər və siyasi xadimlərlə görüşlər təşkil etdik. Öz həqiqətlərimizi qərəzsiz çatdırmağa çalışdıq. 44 gün ərzində bizə çox hücum oldu, fəaliyyətimiz erməniləri qıcıqlandırdı. Amma bu bizi təbliğata daha da ruhlandırdı. Bu təzyiqlərin altında sınmadıq. Ağdam mənim ürəyimdir. Çökmüş divarlarını qollarımı çırmayıb yenidən qurmağa hazıram. Xarici ölkələrdə topladığım təcrübəmi Vətənimin inkişafına xərcləmək arzusundayam.

- Son müsahibəniz də qalmaqalsız ötüşmədi.

- Bəli. Bu günlərdə Tilburq Universitetinin əməkdaşları mənimlə müharibənin həyatımıza təsiri mövzusunda müsahibə etdi. Öncə dedilər ki, söhbət gənc holland mütəxəssislə baş tutacaq. Lakin onun əvəzinə İranda doğulub böyüyən erməni gəldi. Özü də həmin erməni Hollandiya "Daşnaksütyun" partiyasının sədridir. Mən ölkəmin məktəblərində uşaqlara aşılanan multikulturalizmdə insan hüquqlarından, yüksək dəyərlərdən danışıram. Eyni sualı ona ünvanlayırlar. Erməni məktəblərindəki durumu təsvir etmək əvəzinə deyir, yox, azərbaycanlılar uşaqlarına yalnız nifrət öyrədirlər. Çox qəribədir ki, ermənilərin tək işi bizə nifrət bəsləməkdən ibarətdir. Dediyinə görə, guya 4 min il əvvəldən Qarabağ ərazisi ermənilərin olub. Ruslar bu torpaqları onlardan qoparıb Azərbaycana verib. Bütün ittihamlarına təmkinlə və real faktlarla cavab verdim. Hətta belə bir sual oldu ki, qalib ölkənin vətəndaşı kimi özünüzü necə hiss edirsiniz. Cavab verdim ki, mən bunu qalibiyyət hesab etmirəm. Sadəcə uzun müddət sonra haqq, ədalət öz yerini tapdı. Bizim ölkəmizdə dinc insanlar, əsgərlər şəhid oldu. Ermənistanın ərazisinə bir güllə də düşmədi. Lakin bizim şəhərlərimiz, müharibə ocağından uzaq ərazilərimiz erməni terroru nəticəsində darmadağın oldu. Son 30 ildə 20 mindən çox itki vermişik. Bu qədər şəhid verən ölkə dərin kədər içindədir. Biz bu qədər siyasi təzyiq altında özümüzü itirmədik. Mənliyimizi itirmədik. Sonda cavabımızı verdik. Mən Azərbaycanla fəxr edirəm ki, Azərbaycan diplomatiyasını da apardı, hərbdə də sözünü dedi. Siz buna qalibiyyət deyirsinizsə, bəli, biz qalibik, çünki haqqı bərqərar etdik. Artıq əsas borcumuz şəhid, qazi ailələrinin gələcəyini ən yaxşı şəkildə təmin etmək üçün səfərbər olmaqdır.

 

- Bildiyimə görə, erməni lobbisinin təzyiqi ilə də üzləşirsiniz.

- Doğrudur. Biz də burada təhlükə içindəyik. Hətta sosial hesablarımızı da anbaan izləyirlər. Övladlarımıza da, özümüzə də təzyiq olunur. Lakin bu o demək deyil ki, qorxub geri çəkilməliyik.

 

- Sonda nə demək istərdiniz?

- Bilirsiniz, sözü gedən müsahibədə qarşı tərəfə rəqib həmsöhbətin qadın olacağını bildirəndə, cavab vermişdi ki, Azərbaycan qadınları kişilərindən ağıllı olur. Mənsə bizim atalar sözümüzdən sitat gətirdim ki, "aslanın erkəyi dişisi olmaz". Biz ümumiyyətlə, müdrik xalqıq. Sadəcə qadınlarımız çox sülhsevərdirlər. Qadınını sevən, hörmət edən, qoruyan kişilərimizlə fəxr etdiyimi bildirdim. Həmçinin Xocalı faciəsi haqda məlumat verdim. İnanın, jurnalist xanım baxa bilmirdi, gözləri yaşarırdı. Xalqımın şücaəti, mərdliyi ilə qürur duyuram. Vətənimin gələcəyi üçün əlimdən gələni bundan sonra da edəcəm. Yaşasın Azərbaycan!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenski Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib
İvanişvili sanksiyalara məruz qalıb
Ukraynada Ukrayna Silahlı Qüvvələrinin itkin düşmüş əsgərlərinin sayı açıqlanıb

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi