Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4486
az

Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir

00:3714 Avqust, 2018
1763
DÜNYA
  • A
ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibə elan etməsindən sona müxtəlif ölkələr Ankaraya dəstək mesajları verir.

Rusiya, İtaliya, Almaniya, İran, Pakistan, Livan və Qətər ABŞ-ın hücumları qarşısında Türkiyəyə dəstək verdiklərini bəyan ediblər. Bir çox ərəb ölkəsində isə dollarları türk lirəsinə dəyişdirmək üçün kampaniya başlayıb.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ-ın Türkiyəyə hücumlarının heç bir nəticə verməyəcəyini bildirib.

İtaliyanın xarici işlər naziri Enzo Moavero Milanesi Türkiyə ilə həmrəylik nümayiş etdirdiklərini bəyan edib.

Almaniyanın iqtisadi və enerji naziri Peter Altmaier ABŞ-ın Türkiyə və Çinə qarşı gömrük vergisini artırmasını tənqid edib və bunun hüquqa zidd addım olduğunu bildirib.

"Türkiyə iqtisadiyyatının sabitliyi bizim də maraqlarımıza uyğundur”, - deyə o vurğulayıb.

Pakistanın Xarici İşlər Nazirliyi "Həmişə olduğu kimi yenə də Türkiyənin yanındayıq” deyə bəyan edib.

Rusiya prezidentinin mətbuat katibi Türkiyənin milli valyuta ilə ticarət aparmaq çağırışına dəstək verdiklərini bildirib.

Qətərli yazar və media rəhbəri Jaber Əl-Harmi türkcə tvit ataraq, "ABŞ-ın Türkiyəyə iqtisadi müharibə elan etməsi gözlənilən şeydir. Türkiyənin müsəlman bir ölkə olaraq iqtisadi və siyasi baxımdan müstəqil olmasını qəbul edə bilmirlər. Lakin bəzi ərəblərin Türkiyəyə qarşı hücuma sevinmələri və dəstək vermələri böyük alçaqlıqdır” deyə yazıb.

Bununla yanaşı, Qətər vətəndaşlarının bir çoxu dollarlarını türk lirəsinə çevirərək, dəstək veriblər.

Livanın Saydada şəhərində də dolların türk lirəsinə çevrilməsi kampaniyası başlayıb.  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə ildırım 63 nəfəri VURUB ÖLDÜRDÜ
Papa İstanbula gəlmək istəyir - Türkiyə hökumətindən icazə alınacaq
Gürcüstanın baş naziri etirazları dəstəkləyən Avropa Şurasının rəhbərinə cavab verib

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadını yaşadığı evdə qətlə yetirmək istəyən həmkəndlisi həbs edilib