Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4415
az

“Rusiya bizimlə müharibəyə hazırlaşır” – Hərbi diplomatdan ŞOK FAKTLAR

10:5111 Avqust, 2018
1304
DÜNYA
  • A
Son dörd il ərzində Rusiya Ukrayna-Rusiya sərhədində üç diviziya və altı briqada yerləşdirib.

Publika.az xəbər verir ki, bu haqda “ObozTV”-nin efirində hərbi diplomat Pyotr Qaraşuk bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları Ukrayna sərhədindən 20-80 kilometr məsafədə dayanır. Hərbi diplomat qeyd edib ki, bölmələr texnika ilə 100 faiz komplektləşdirilib. O, şəxsi heyətin isə 95 faiz hazırlıqlı olduğunu vurğulayıb.

“Onlar hücum üçün döyüş hazırlığı keçirlər. Anbarlar və hospitallar açırlar”, - Qaraşuk deyib.

Diplomat Donbasın işğal olunmuş ərazilərində isə 40 mindən çox muzdlu, 5-6 min peşəkar Rusiya hərbi qulluqçusu, 600 tank, 1000-dən çox zirehli avtomobil, 300 “Qrad” və digər hərbi texnikanın olduğunu yada salıb.

O həmçinin Azov dənizi tərəfindən təhlükəni xatırladıb. Qaraşukun sözlərinə görə, Rusiyanın Azov donanması Ukraynanın cənubunda öz gücünü daim artırır.

“Rusiya Volqo-Don kanalı vasitəsilə Xəzər donanmasından 12 döyüş katerini Azova köçürdü. Bu, bizim dövlətimizin ətrafında çox böyük təhlükədir”, - diplomat bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail bu ölkəyə zərbə endirməyə hazırlaşır: "Sürətli, gözlənilməz və çox kəskin olacaq"
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
Türkiyə XİN-dən Omanda məscidə edilən silahlı hücumla bağlı AÇIQLAMA

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Göygöldə qanunsuz tikintilərin qarşısı alındı - FOTOLAR