Türkiyədə zəlzələ oldu
25 May 2026, 23:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1423
20.11.2020, 15:53
Ermənilər üçün Qarabağda yaşayış yeri tapılmır.
Oxu24.com Axar.az-a istinadla xəbər verir ki, xüsusilə problem Xocalı rayonu ərazisində yaranıb. Belə ki, rayon ərazisində qaçqınların sayı çoxalıb.
“Sputnik Ermənistan”a açıqlamasında Xocalı rayonunun (keçmiş Əsgəran rayonu) administrasiya sədrinin müavini Armen Manqasaryan rayon ərazisində 2230 nəfərin qaçqın düşdüyünü və onların Ermənistana göndərildiyini bildirib. O, Şelli və Xaçındərbətli kəndlərinin boşaldılmasından sonra buradan 400 nəfərin çıxacağını deyib.
Ermənilər üçün əsas problem yaşayış yerləridir. Belə ki, Xocalı, Ağdam ərazilərindən çıxarılanları Xankəndiyə köçürmək mümkün olmur, çünki həmin ərazidə Şuşa və Hadrutdan gələn ermənilərin yerləşdirildiyi bildirilir. Üstəlik, Manqasaryan Ermənistandan Qarabağa geri qayıdan ermənilərin bir hissəsinin də ev tapmaqla bağlı problemlərinin ortaya çıxdığını bildirib.
Laçın və Kəlbəcər rayonlarına İrəvanın qanunsuz yerləşdirdiyi insanların da buradan çıxmaqla bağlı problemləri yaranıb. Qarabağ bəyanatına əsasən, bu bölgələri tərk etməli olan ermənilərə yüklərin daşınması ilə bağlı Ermənistanın heç bir qurumu yardım etmək istəmir. İnsanların müraciətlərinə rəğmən dövlət qurumları günahı bir-birinin üzərinə ataraq, cavabdeh olmaqdan boyun qaçırırlar.
Problem təkcə dövlət qurumları yox, özəl qurumlarla da bağlı yaranır. Dövlətdən heç bir dəstək ala bilməyən ermənilər öz pulları ilə yük avtomobilləri da tapa bilmirlər. Belə ki, onlara bunun üçün deyilən qiymət çox bahadır.
Qeyd edək ki, Kəlbəcər Azərbaycana 25 noyabr, Laçın isə 1 dekabrda təhvil verilməlidir.
00:45 / 26 May 2026
87
00:09 / 26 May 2026
110
00:04 / 26 May 2026
228
23:56 / 25 May 2026
313
23:50 / 25 May 2026
160
23:42 / 25 May 2026
201
23:41 / 25 May 2026
222
23:39 / 25 May 2026
221
23:36 / 25 May 2026
84
23:34 / 25 May 2026
472
23:26 / 25 May 2026
184
23:24 / 25 May 2026
139
23:22 / 25 May 2026
97
23:17 / 25 May 2026
94
23:13 / 25 May 2026
74
23:12 / 25 May 2026
84
23:07 / 25 May 2026
89
23:04 / 25 May 2026
81
23:01 / 25 May 2026
155
22:57 / 25 May 2026
100
22:54 / 25 May 2026
86
22:49 / 25 May 2026
95
22:48 / 25 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.