Bu ölkəyə gedən azərbaycanlılar üçün YENİLİK
15 Noyabr 2026, 19:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
852
19.11.2020, 18:39
Ermənistan Müdafiə Nazirliyinin hərbi-nəzarət xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Akopyan onunla ölkənin baş nazirinin həyat yoldaşı Anna Akopyan arasında yaşanan insidentlə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Oxu24.com xəbər verir ki, M.Akopyan bu gün keçirdiyi mətbuat konfransı zamanı bu barədə danışıb.
General bildirib ki, Anna Akopyanı komanda məntəqəsində görüb:
“O, monitor önündə oturub döyüş çəkilişlərinə baxırdı. General-leytenant Samvel Babayan da orada idi. Ancaq Anna Akopyan heç bir sual vermir və heç nə demirdi. Mən ona yaxınlaşaraq burada dayanmağa ehtiyac olmadığını söylədim. Dedim, “lazım deyil, burada kişilər danışır, söyüş söyür..." O da “yaxşı” dedi. Dörd saatdan sonra məni İrəvana – müdafiə nazirinin yanına çağırdılar. Mən Qarabağa qayıdacağım ümidi ilə İrəvana gəldim. Ancaq nazir mənə daha getməməli olduğumu söylədi”.
M.Akopyanın sözlərinə görə, Nikol Paşinyanın adından onun “Artsax müdafiə ordusu”nun komanda məntəqəsinə girişi qadağan edilib.
O, jurnalistlərə Paşinyanın nömrəsinə göndərdiyi mesajı göstərib. Mesajda yazılıb: “Xahiş edirəm məni Artsaxa göndərin, mənim ürəyim parçalanır”. Baş nazir hətta bu mesaja da cavab verməyib.
Ancaq M.Akopyan bildirib ki, nəyin bahasına olursa-olsun o, Qarabağa getməyə çalışıb. Ona COVID-19 testi vermək lazım olduğunu söyləyiblər. O, müayinəyə gedib, özünü normal hiss etdiyi halda ona ikitərəfli sətəlcəm diaqnozu qoyulub.
“Bu məni son dərəcə təəccübləndirdi. Təkrar müayinədən keçdim və məlum oldu ki, məndə ağciyərlərin soyuqlaması cəmi 1 faizdir. Bu isə sağlam insan üçün tamamilə normal bir diaqnozdur. Nəhayət, uzun cəhdlərdən sonra mən “qurtulub” Qarabağa getməyə müvəffəq oldum, burada oktyabrın 28-dək qaldım”, – deyə M.Akopyan bildirib.
Qeyd edək ki, artıq xeyli vaxtıdır Ermənistan mediasında bu barədə məlumatlar dolaşır. Xüsusilə Ermənistan cəmiyyətində A.Akopyanın hərbi müşavirələrin keçirildiyi komandanlıqda icazəsiz peyda olduğu barədə şayiələr yayılıb. Əlbəttə, ora kənar adamların girişi qəti şəkildə qadağandır. Bir neçə gün əvvəl isə rusiyalı media meneceri Aram Qabrelyanov bu hadisə barədə danışıb.
20:09 / 15 Noyabr 2026
21
19:51 / 15 Noyabr 2026
134
19:37 / 15 Noyabr 2026
63
19:17 / 15 Noyabr 2026
70
19:09 / 15 Noyabr 2026
73
18:40 / 15 Noyabr 2026
86
18:05 / 15 Noyabr 2026
127
17:53 / 15 Noyabr 2026
1529
17:43 / 15 Noyabr 2026
679
17:16 / 15 Noyabr 2026
557
17:12 / 15 Noyabr 2026
2895
17:09 / 15 Noyabr 2026
106
15:50 / 15 Noyabr 2026
124
15:25 / 15 Noyabr 2026
156
15:15 / 15 Noyabr 2026
143
14:47 / 15 Noyabr 2026
202
14:34 / 15 Noyabr 2026
397
14:25 / 15 Noyabr 2026
164
14:19 / 15 Noyabr 2026
139
14:02 / 15 Noyabr 2026
544
13:27 / 15 Noyabr 2026
407
12:55 / 15 Noyabr 2026
1840
12:36 / 15 Noyabr 2026
458
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.