Dekabrdan Rusiya ilə sərhəd BAĞLANACAQ
15 Noyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
650
19.11.2020, 10:40
Dağlıq Qarabağdakı qondarma rejimin “qəhrəmanı”, general-leytenant, Ermənistan Respublika Partiyasından keçmiş millət vəkili, Xocalı soyqırımı həmmüəlliflərindən biri olan Manvel Qriqoryanın ürəyi partlayaraq ölüb.
Publika.az xəbər verir ki, bu barədə partiyanın üzvü Karen Avaqyan bildirib.
Qeyd edək ki, Manvel Qriqoryan iyunun 16-da Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən silahlı qüvvələr və hərbçilərin qida və silahlarını gizlətməkdə ittiham olunaraq saxlanılmışdı.
17 iyun tarixində MTX Qriqoryanın evində lentə alınan şok video yayımlamışdı. Videoda cəbhədəki əsgərlər üçün nəzərdə tutulmuş yeməklər və uşaqların məktubları da daxil olmaqla, bütün "tapıntılar" ətraflı şəkildə göstərilmişdi. Əlavə olaraq, çox sayda silah-sursat, nəqliyyat vasitələri, o cümlədən retro avtomobillər, qar motosikletləri, yolsuzluq avtomobilləri və s. tapılmışdı.
Qeyd edək ki, Manvel Qriqoryan Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçılarındandır. O, Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib. Onun dəstəsi Dağlıq Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib.
Belə ki, Qriqoryan evində saxladığı heyvanları girov götürdüyü insanlarla bəsləyirmiş. Bu fakt onun həbs olunmasından sonra müxtəlif illərdə törətdiyi cinayətlərlə birgə üzə çıxıb.
Manvel Qriqoryan bütün rəqiblərinə və xoşuna gəlməyən insanlara vəhşicəsinə davranıb. Onlara işgəncə verib, zəncirlərə bağlayıb və ac saxlayıb. Ermənistanda sadist generalın öz heyvanat parkını açdığı və tez-tez işgəncə görən insanları orada saxlanılan vəhşi heyvanlara yedizdirdiyi söylənilir.
Bloger Mikael Manukyan feysbuk səhifəsində dəhşətli arxiv fotolarını paylaşıb. Fotoşəkildə işgəncə verilən Yervelapah Könüllülər Birliyinin keçmiş üzvlərindən biri əks olunub. O, Manvel Qriqoryana böyük məbləğdə pul atmağa cəsarət edən biri kimi göstərilir. Könüllü uzun müddət döyülüb, sonra zirzəmidə zəncirlənərək acından ölüb. Şəkillər Ermənistan ictimaiyyətini dəhşətə gətirib.
Manvel Qriqoryan erməni əsgərlərinin kabusu kimi tanınıb.
Qeyd edək ki, Manvel Qriqoryan Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlıqları ilə yadda qalıb. O, sonrakı dövrdə bu qəddarlığının “çörəyini yeyib”. Qriqoryan haqqında yayılan məlumatlara görə, o, müharibə zamanı erməni hərbi birləşmələri tərəfindən əsir götürülən bir neçə azərbaycanlını öz evində 4 il müddətində qul kimi işlədib.

20:39 / 15 Noyabr 2026
20
20:30 / 15 Noyabr 2026
50
20:09 / 15 Noyabr 2026
236
19:51 / 15 Noyabr 2026
255
19:37 / 15 Noyabr 2026
77
19:17 / 15 Noyabr 2026
89
19:09 / 15 Noyabr 2026
88
18:40 / 15 Noyabr 2026
102
18:05 / 15 Noyabr 2026
138
17:53 / 15 Noyabr 2026
1737
17:43 / 15 Noyabr 2026
720
17:16 / 15 Noyabr 2026
606
17:12 / 15 Noyabr 2026
3232
17:09 / 15 Noyabr 2026
116
15:50 / 15 Noyabr 2026
129
15:25 / 15 Noyabr 2026
163
15:15 / 15 Noyabr 2026
146
14:47 / 15 Noyabr 2026
209
14:34 / 15 Noyabr 2026
412
14:25 / 15 Noyabr 2026
169
14:19 / 15 Noyabr 2026
142
14:02 / 15 Noyabr 2026
568
13:27 / 15 Noyabr 2026
420
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.