UNO-larla bağlı video yayıldı
22 May 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
923
12.10.2020, 22:47
İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü, senator Stefano Luçidi Ermənistan hərbi qüvvələrinin atəşkəs rejimini pozaraq Gəncə şəhərini və oradakı mülki əhalini raket hücumuna məruz qoymasını pisləyən açıqlama verib.
Azərbaycanın İtaliyadakı Səfirliyindən verilən məlumata görə, italiyalı senator bildirib ki, Azərbaycan və Ermənistan Moskvada Rusiya tərəfindən təşkil olan üçtərəfli görüşdə 10 oktyabr saat 12:00-dan etibarən atəşkəslə bağlı razılaşıb və həmin görüşdə tərəflər eyni zamanda ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin sülh yollu ilə həlli üçün danışıqların bərpa edilməsi ilə bağlı qərar veriblər.
Ermənistan tərəfindən atəşkəsin pozulması və Azərbaycan şəhərlərinə qarşı kaset bombalardan hücumlar etməsi ilə bağlı xəbərlərin daxil olduğunu bildirən senator S.Luçidi qeyd edib ki, Ermənistan silahlı qüvvələri 11 oktyabr gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan və təmas xəttindən uzaqda yerləşən Gəncə şəhərinə raket hücumları edib, nəticədə 10 nəfər mülki şəxs həlak olub və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanıb.
Senator İtaliya hökumətinin Moskvada əldə olunan atəşkəsin pozulmasını qəti şəkildə pisləməli olduğunu deyib, bu bölgədə sabitliyin təmin olmasının istər əhalinin təhlükəsizliyi, istərsə də İtaliyanın maraqları baxımdan çox vacib olduğunu vurğulayıb.
01:03 / 23 May 2026
207
00:16 / 23 May 2026
315
00:09 / 23 May 2026
255
00:06 / 23 May 2026
177
00:04 / 23 May 2026
123
00:00 / 23 May 2026
326
23:49 / 22 May 2026
133
23:45 / 22 May 2026
415
23:43 / 22 May 2026
259
23:38 / 22 May 2026
195
23:30 / 22 May 2026
220
23:30 / 22 May 2026
124
23:19 / 22 May 2026
143
23:18 / 22 May 2026
159
23:14 / 22 May 2026
168
23:02 / 22 May 2026
505
22:56 / 22 May 2026
115
22:56 / 22 May 2026
119
22:52 / 22 May 2026
233
22:47 / 22 May 2026
111
22:40 / 22 May 2026
269
22:34 / 22 May 2026
1072
22:16 / 22 May 2026
300
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.