Qaynar xətt:

(+99450) 247 90 86

Qusman Azərbaycan Ordusuna 50 min dollar bağışladı

Qusman Azərbaycan Ordusuna 50 min dollar bağışladı

DÜNYA

544

12.10.2020, 19:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Rusiyanın TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.
Oxu24.com xəbər verir ki, o, fonda 50 min dollar vəsait köçürüb. Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, maddi-texniki bazasının möhkəmləndirilməsi və zəruri sosial tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə yaradılıb.
Fond könüllü olaraq Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maddi yardım məqsədi ilə qanunla qadağan olunmayan digər daxilolmalar vasitəsilə maliyyələşdirilir.