UNO-larla bağlı video yayıldı
22 May 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
745
08.10.2020, 22:25
Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə qeyri-adekvat münasibəti səbəbindən 30 ildir davam edən bu məsələnin yeganə həlli işğala son qoymaqdır. İşğalın qanuniləşdirilməsi təkliflərinin ərazidə tətbiq olunması şansı yoxdur.
Torpaqların azad edilməsi istiqamətində Azərbaycanın son dərəcə qətiyyətli olduğunu görürük. Türkiyə olaraq bütün qəlbimizlə torpaqlarını geri almaq üçün apardığı bu haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirik.
Oxu24.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İqtisadi və İş Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Ermənistanın Azərbaycana qarşı hücumları səbəbindən Dağlıq Qarabağ bölgəsində toqquşmaların davam etdiyini deyən Türkiyə Prezidenti bildirib:
“Dağlıq Qarabağ Ermənistanın 30 ilə yaxındır işğal etdiyi Azərbaycan ərazisidir. Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in məlum qərarlarına və çağırışlarına baxmayaraq, Ermənistan bu torpaqlardan geri çəkilmir. İndiyədək Minsk qrupu problemi həll etmək üçün heç bir səy göstərməyib. Ermənistanın məsələyə qeyri-adekvat münasibəti səbəbindən 30 ildir davam edən bu məsələnin yeganə həlli işğalın dayandırılmasıdır. İşğalın qanuniləşdirilməsi təkliflərinin ərazidə tətbiq olunma şansı yoxdur. Torpaqların azad edilməsi istiqamətində Azərbaycanın son dərəcə qətiyyətli olduğunu görürük. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın torpaqlarını geri almaq üçün apardığı bu haqlı mübarizəsini dəstəkləyirik. Ədaləti və qanunu müdafiə edən bütün ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”.
23:45 / 22 May 2026
1
23:43 / 22 May 2026
16
23:38 / 22 May 2026
17
23:30 / 22 May 2026
92
23:30 / 22 May 2026
22
23:19 / 22 May 2026
43
23:18 / 22 May 2026
47
23:14 / 22 May 2026
60
23:02 / 22 May 2026
178
22:56 / 22 May 2026
67
22:56 / 22 May 2026
67
22:52 / 22 May 2026
99
22:47 / 22 May 2026
63
22:40 / 22 May 2026
181
22:34 / 22 May 2026
639
22:16 / 22 May 2026
182
22:01 / 22 May 2026
82
21:50 / 22 May 2026
152
21:47 / 22 May 2026
86
21:42 / 22 May 2026
81
21:20 / 22 May 2026
96
21:02 / 22 May 2026
96
20:55 / 22 May 2026
505
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.