Azərbaycan vətəndaşlarının olduğu yük gəmisi batıb
16 Noyabr 2026, 16:52
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
717
13.09.2020, 20:53
Şərqi Aralıq dənizində Türkiyə-Yunanıstan gərginliyi yüksəldəcək daha bir hadisə baş verib.
Publika.az xəbər verir ki, Lozanna və Paris anlaşmasında Ege dənizindəki adaların silahsızlaşdırılması ilə bağlı müəddəalarını pozan Yunanıstan Meis adasında prezidentin də iştirakı ilə “qurtuluş bayramı” keçirməyə hazırlaşır.
Yunanıstanın Prezidenti Katerina Sakelaropulu Meis adasının “qurtuluşu”nun 77-ci ildönümü münasibətilə bu gün adaya gələcək.
Məlumatlara görə, Afinadan Rodosa gedəcək yunan Prezident burada Chinook tipli hərbi helikopterlə Meis adasına gələcək. Yunanıstan Prezidentini iki ada arasındakı qısa səfər zamanı bir radar təyyarəsi və 4 F-16 müşahidə edəcək.
Yunanıstan ordusu da prezidentin səfəri ilə bağlı hərəkətə keçib. Yunanıstanın dənizdən adaya yaxın bölgələrində gəmilər hazır vəziyyətdə gözləyəcək, prezidenti yunan SAT və SAS komandoları qoruyacaq, eləcə də döyüş təyyarələri adanın üzərində və ətrafında uçacaq.
Mərasimin bir neçə saat sonra başlayacağı gözlənilir, artıq yunan ordusu Türkiyə sahillərinə yaxın ərazidə yerləşib.
Qeyd edək ki, Meis adası Türkiyənin Antalya sahillərindən 2 kilometrlik məsafədə yerləşir.
16:52 / 16 Noyabr 2026
1
16:50 / 16 Noyabr 2026
19
16:33 / 16 Noyabr 2026
56
16:25 / 16 Noyabr 2026
80
16:17 / 16 Noyabr 2026
65
16:12 / 16 Noyabr 2026
102
16:08 / 16 Noyabr 2026
101
15:45 / 16 Noyabr 2026
72
15:18 / 16 Noyabr 2026
108
15:00 / 16 Noyabr 2026
106
14:30 / 16 Noyabr 2026
273
14:24 / 16 Noyabr 2026
115
14:19 / 16 Noyabr 2026
155
14:14 / 16 Noyabr 2026
115
14:10 / 16 Noyabr 2026
161
14:05 / 16 Noyabr 2026
120
14:00 / 16 Noyabr 2026
115
13:51 / 16 Noyabr 2026
160
13:47 / 16 Noyabr 2026
668
13:41 / 16 Noyabr 2026
141
13:40 / 16 Noyabr 2026
144
13:38 / 16 Noyabr 2026
403
13:35 / 16 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.