Madurodan xəbər var: Bu ölkəyə salam göndərdi
16 Noyabr 2026, 17:12
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
701
11.09.2020, 20:11
"Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında məsələ ilə bağlı müzakirələr aparılıb. İclasda hər iki ölkə PKK/PJAK-a qarşı birgə əməliyyat keçirməklə bağlı razılıq əldə ediblər".
Siyasi ekspert Vüqar Zifəroğlu iki ölkə arasında əldə olunan razılığı Redaktor.az-a şərh edib. O, İranın Türkiyə ilə razılığının arxasında bir neçə məqamın dayandığını bildirib:
“Birincisi, bölücü terror qruplaşmaları bölgənin ən başlıca problemlərindən biridir. Zamanında İran və bir sıra ölkələr bu cür terror qruplaşmalarının həm yaradılması, həm də fəaliyyəti üçün kiayyət qədər dəstək verirdilər. Bu dəstəyin isə əsas səbəbi gələcəkdə Türkiyəyə qarşı istifadə edilməsi idi. Amma indiki zamanda istər Suriyada, istərsə də İraqda baş verən proseslər həmin ölkələrin daha adekvat addımlar atmasını şərtləndirir. Məsələn, Suriyanın vaxtı ilə dəstək verdiyi bölücü terror qruplaşmaları son hadisələrdə rejimin əleyhinə fəaliyyət göstərdi. İndi də İranın vaxtı ilə dəstəklədiyi terror qruplaşmaları özünə qarşı yönəlib. Yayılan məlumatlara görə, son 1 ayda PKK-nın İran ərazisində hücumları artıb.
Bu baxımdan düşünmək olar ki, İran, daxilində terror qruplaşmalarının faliyyəti üçün meydan olmasın deyə, Türkiyə ilə müvvəqəti də olsa, belə bir əməkdaşlığa razı olub.
İkincisi, həmin terror qruplaşmaları faktiki olaraq Qərbin dəstəklədiyi qüvvələr şəklində çıxış edirlər. Hətta, Türkiyə ilə ABŞ arasında bu, müəyyən polimikalara da səbəb olmuşdu. İndi İran gələcəkdə həmin qruplaşmaların onun əleyhinə istifadə ediləcəyini bildiyi üçün Türkiyə ilə terrora qarşı mübariədə birlikdə mübarizəyə getdi. İran gələcəkdə Suriyadakı vəziyyətlə üzləşməsin deyə artıq qabaqlayıcı addımlar atmaq niyyətindədir. Məhz Türkiyədən başqa alternativ olmadığı üçün terrora qarşı rəsmi Ankara ilə birgə hərəkət etməyə qərar verib".
Üçüncüsü, bölgədə baş verən prosseslər, Türkiyənin mövqeylərinin gücləndirliməsi, İranı rəsmi Ankara ilə daha da yaxınlaşmağa vadar elədi. uriya və Liviyada baş verən proseslər onu sübut etdi ki, Türkiyə bölgənin ən vacib və önəmli amilidir. Bu mənada İran müəyyən mənada Türkiyə ilə ortaq nöqtələri tapıb, rrəsmi Ankara ilə bəzi sahələrdə iş birliyi qurmaq fikirindədir”.

17:19 / 16 Noyabr 2026
1
17:12 / 16 Noyabr 2026
24
17:10 / 16 Noyabr 2026
27
17:01 / 16 Noyabr 2026
48
16:55 / 16 Noyabr 2026
56
16:52 / 16 Noyabr 2026
56
16:50 / 16 Noyabr 2026
54
16:33 / 16 Noyabr 2026
79
16:25 / 16 Noyabr 2026
114
16:17 / 16 Noyabr 2026
93
16:12 / 16 Noyabr 2026
123
16:08 / 16 Noyabr 2026
113
15:45 / 16 Noyabr 2026
87
15:18 / 16 Noyabr 2026
121
15:00 / 16 Noyabr 2026
114
14:30 / 16 Noyabr 2026
427
14:24 / 16 Noyabr 2026
126
14:19 / 16 Noyabr 2026
166
14:14 / 16 Noyabr 2026
136
14:10 / 16 Noyabr 2026
196
14:05 / 16 Noyabr 2026
144
14:00 / 16 Noyabr 2026
138
13:51 / 16 Noyabr 2026
166
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.