Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38819
az

Ərəb şeyxinin azərbaycanlı həyat yoldaşı kömək istəyir: “Onlar uşaqlarımı qaçıracaqlar!” - FOTO

19:1511 Sentyabr, 2020
443
  • A

Dubay kralının ailəsindən olan şeyxlə ailə həyatı qurmuş azərbaycanlı qadın video müraciətlə çıxış edib.

Oxu24.com Vesti.az-a istinadən xəbər verir ki, video müraciət vasitəsi ilə kömək istəyən qadın iddia edir ki, ərinin yaxınları tərəfindən təqiblərə məruz qalır.

Azərbaycandan olan Zeynəb Cavadlı "Instagram"a yüklədiyi videolarda qeyd edir ki, ərindən ayrılandan sonra doqquz aydır ki, Səid bin Məktum bin Rəşid Əl Məktumun adamları onu təqib edirlər. Qadın iddia edir ki, bu şəxslər onun övladlarını oğurlamağa çalışırlar.

Qeyd edək ki, keçmiş azərbaycanlı gimnast Zeynəb Cavadlı Dünya və Avropa çempionatlarının qalibi, idman ustasıdır.

Z. Cavadlı 2015-ci ildə 23 yaşında 43 yaşlı şeyxlə ailə həyatı qurub. Onların ailəsi doqquz ay bundan öncə dağılıb və Z. Cavadlı kral sarayından ayrılaraq uşaqları və valideynləri ilə yaşadığı şəxsi villasına köçüb.

Z. Cavadlının Səna, üç yaşlı Asiyə və bir yaşı olan Salamə adlı üç qız övladı var.

Qeyd olunur ki, Z. Cavadlının əri öz ölkəsində nüfuz sahibidir. Güllə atıcılığı üzrə keçmiş Olimpiya çempionunun daha iki həyat yoldaşı və 11 uşağı var. Onun iki həyat yoldaşından biri - Nataliya Əliyeva da azərbaycanlıdır.

Videoda Z.Cavadlı şeyxin adamlarının onun evinə gəlməsindən narahatlığını ifadə edir. Keçmiş gimnast video müraciətində vurğulayır ki, övladlarını kənar adamlara verə bilməz, belə bir qanun yoxdur.

Azərbaycanlı qadın son doqquz ayda fiziki və mənəvi istismarla müşahidə olunan təqiblərə məruz qaldığını iddia edir.

"Bunların hamısını şeyxin işlərini idarə edən şəxs həyata keçirirdi. Heç kim mənə kömək etməyə çalışmadı, onlar söylədilər ki, "bu, şeyxin problemidir, biz heç nə edə bilmərik",  - Z. Cavadlı bildirib.

Videoda balaca uşağın malikanənin həyətində toplanan şəxslərə "Siz bizi heç yerə apara bilməzsiniz" dediyini də eşitmək mümkündür.

"Yemək, su, heç nə yoxdur. Onlar qapımı sındırıb uşaqlarımı qaçıracaqlar", deyə keçmiş gimnast qeyd edir.

Z. Cavadlı məruz qaldığı təqiblərə dair dəlillərin olduğu mobil telefonunun da əlindən alındığından şikayətlənir. Dostları ehtiyat edirlər ki, o, saxlanılıb, belə ki, "Instagram"dakı yayımından sonra dəfələrlə Z. Cavadlı ilə əlaqə saxlamaq cəhdlərinə baxmayaraq, ondan məlumat ala bilməyiblər. Onun övladlarının harada olduğu da məlum deyil.

"Instagram"dakı başqa bir videoda isə villanın ikinci mərtəbəsində olan Z.Cavadlının açıq-aydın məyus olduğu görünür, arxa planda isə qışqırıq və fəryad səsləri eşidilir. Dostlarından birinin dediyinə görə, Z.Cavadlıdan artıq bir neçə saatdır xəbər yoxdur.

Onlar vurğulayır ki, dostları son doqquz ay ərzində çox əziyyət çəkib.

"O, uşaqları ilə birlikdə Dubayı tərk edib daha azad bir həyat yaşamaq istəyir, lakin şeyx heç vaxt buna imkan verməz. Ümid edirəm ki, o, təhlükəsiz yerdədir, amma heç kim ona kömək edə bilmir. Zeynəb hətta kömək üçün Azərbaycan səfirliyinə də müraciət edib, amma oradan bildirilib ki, heç bir köməklik edə bilmirlər", deyə Z. Cavadlının dostu təəssüf hissi ilə fikrini tamamlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonşu ölkənin səmasında 20-yə yaxın UNO GÖRÜLDÜ -Pilotlar TƏSDİQLƏDİLƏR
Azərbaycanın sabiq naziri ABŞ-də blogerin kamerasına tuş gəldi - VİDEO
O, Trampın kadr qərarlarında mühüm rol oynayır

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü