BMT Ukraynadan bezib
16 Noyabr 2026, 18:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
511
29.08.2020, 09:00
"Sergey Şoyqunun Bakı səfəri göstərdi ki, Rusiya Azərbaycanla istər hərbi, istərsə də digər sahələrdə əməkdaşlıq etməyə maraqlıdır və arada olan müəyyən soyuqluq onları narahat edir".
Bu sözləri Redaktor.az-a politoloq Tofiq Abbasov Rusiya Müdafiə naziri Sergey Şoyqunun Bakı səfərini şərh edərkən deyib:
“Qonşuluq və müttəfiqlik siyasətində əlbəttə ki, müəyyən qədər gərginlik, narazılıq və problemlər yaşanır. Bununla bağlı tərəflərin vaxtaşırı yüksək səviyyədə qarşılıqlı görüşləri, səfərləri baş tutur. Bu görüşlərdə yaranmış problemlər, gərginliklər müzakirə edilir və həllinə dair təkliflər irəli sürülür.
Əslində Azərbaycan tərəfi istər Tovuz hadisələrində, istərsə də ondan sonrakı müddətdə Rusiyaya qarşı hər hansı bir addım atmayıb. Lakin biz Rusiyanın strateji tərəfdaşlığa zid, təhlükəli hərəkətlərinin şahidi olduq. Bu da sadə məsələ olmadığı üçün dövlət başçısı İlham Əliyev həmkarı V. Putinə müraciət etdi və bütün narazı məqamları onun diqqətinə çatdırdı.
Həmin telefon zəngindən sonra Rusiya Müdafiə naziri Serqey Şoyqu Azərbaycana səfər etdi və ölkə başçısı ilə görüşdü. O, Prezident İlham Əliyevlə görüşündə ölkəsinin atdığı addımların səhv olduğunu və bundan sonra Rusiyanın Azərbaycanın maraqlarına toxunan, ərazi bütövlüyünü şübhə altına atan hər hansı bir addımın atılmasına imkan verməyəcəyini bildirdi”.
Politoloq Azərbaycanın Rusiya ilə gələcəkdəki əlaqələrinin formasında dəyişiklik olacağını da deyib:
“Hesab edirəm ki, keçmişlə bağlı artıq o qədər də dərinə getmək lazım deyil. Təbii ki, olanlar olub, bunu unutmaq olmaz, amma indiki məqamda daha çox irəli baxmaq lazımdır. Rusiya ilə əlaqələri elə qurmaq lazımdır ki, onlar Azərbaycanla ikili oyun oynamağın mümkün olmadığını anlasınlar".
Rusiya bu günə qədər Azərbaycanla olan münasibətlərindən sui-istifadə edirdisə, bundan sonra rəsmi Bakı buna imkan verməyəcək. Azərbaycan-Rusiya münasibətləri region üçün böyük bir rol oynayır.
Ümumiyyətlə, Azərbaycan indi 90-cı illərin ölkəsi deyil. Bu gün Azərbaycanın güclü ordusu, düzgün xarici siyasəti var. Bizimlə hər hansı bir ölkə müttəfiqlik etmək istəyirsə, bunu şəffaf şəkildə etməlidir”.
20:52 / 16 Noyabr 2026
92
20:46 / 16 Noyabr 2026
22
20:44 / 16 Noyabr 2026
27
20:34 / 16 Noyabr 2026
33
20:30 / 16 Noyabr 2026
44
20:19 / 16 Noyabr 2026
49
20:13 / 16 Noyabr 2026
111
20:07 / 16 Noyabr 2026
474
20:00 / 16 Noyabr 2026
72
19:55 / 16 Noyabr 2026
75
19:47 / 16 Noyabr 2026
73
19:40 / 16 Noyabr 2026
92
19:28 / 16 Noyabr 2026
86
19:18 / 16 Noyabr 2026
99
19:09 / 16 Noyabr 2026
109
19:05 / 16 Noyabr 2026
96
18:58 / 16 Noyabr 2026
113
18:45 / 16 Noyabr 2026
112
18:41 / 16 Noyabr 2026
110
18:35 / 16 Noyabr 2026
176
18:23 / 16 Noyabr 2026
107
18:17 / 16 Noyabr 2026
147
18:16 / 16 Noyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.