Qaynar xətt:

(+99450) 247 90 86

Futbol oynayan uşaqları ildırım vurdu — 10 nəfər öldü

Futbol oynayan uşaqları ildırım vurdu — 10 nəfər öldü

DÜNYA

687

28.08.2020, 21:18

Uqandada futbol oynayarkən yağan leysan yağışlardan qorunmaq üçün samandan hazırlanmış daxmaya sığınan uşaqları ildırım vurub.

13 uşaqdan 10-u dünyasını dəyişib. 9 uşaq hadisə yerində, 1-i xəstəxanada vəfat edib. Yaralanan digər 3 yeniyetmə isə xəstəxanada müalicə olunur.

Xatırladaq ki, Uqandada 2011-ci ildə məktəblərin birinə ildırım düşməsi nəticəsində 18 uşaq həyatını itirmişdi.