Kremldən İrəvana 29 may xəbərdarlığı
20 May 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1045
24.08.2020, 00:45
Türkiyənin Girəsun və Rizə bölgələrinə yağan güclü yağış faciə və fəsadlara yola açıb. Təbii fəlakət Girəsunun yeddi rayonunu əhatə edib. Ən böyük dağıntı Dərəli rayonundadır. Son məlumata görə, ümumilikdə sel nəticəsində dörd nəfər ölüb, dördü polis olmaqla 11 nəfər itkin düşüb. Həyatının itirənlərdən biri polisdir.
Oxu24.com xəbər verir ki, Daxili İşlər naziri Süleyman Soylu təbii fəlakətin miqyası ilə yerində tanış olub. Nazir bildirib ki, təbii fəlakət böyük miqdarda zərər vurub.
Girəsunda sel yolları yuyaraq dağıdıb. Selin dağlardan gətirdiyi böyük daşlar və ağac kötükləri məhəllələri, yolları basıb. Onlarca maşın yararsız hala düşüb, çox sayda nəqliyyat vasitəsini sel aparıb. Tikililərin birinci mərtəbəsi su altında qalıb.
Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qüvvələri 133 nəfəri fəlakətdən xilas edib. Bölgədəki xilasedici dəstələr və ağır texnika fəaliyyətini davam etdirir. İtkin düşənlərin axtarışı və fəsadların aradan qaldırılması işlərinə xüsusi qruplar, çox sayda texnika cəlb olunub. Türkiyə Silahlı Qüvvələri təbii fəlakət bölgəsinə kömək üçün bir helikopter göndərib. Bölgədəki 118 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
Rizədə isə 5 və 6 mərtəbəli iki yaşayış binasının bünövrəsi yuyulduğu üçün tikililər qəzalı vəziyyətə düşüb. Otuz sakin təxliyə olunub. Sel və daşqın səbəbindən yollar dağılıb.
***
11:20
Türkiyənin Giresun bölgəsinin Dereli rayonunda yağan güclü yağışlar sel ilə nəticələnib.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində biri əsgər olmaqla 3 nəfər həlak olub, 11 nəfər itkin duşub, 127 nəfər təxliyə olunub.
Sel səbəbiylə Giresun-Dereli-Sivas quru yolu bağlanıb.
Daxili İşlər naziri Süleyman Soylu bölgəyə gəlib.
00:59 / 20 May 2026
79
00:41 / 20 May 2026
69
00:00 / 20 May 2026
57
23:34 / 19 May 2026
97
23:21 / 19 May 2026
103
23:12 / 19 May 2026
72
22:56 / 19 May 2026
131
22:46 / 19 May 2026
139
22:44 / 19 May 2026
238
22:26 / 19 May 2026
75
22:13 / 19 May 2026
83
21:58 / 19 May 2026
512
21:49 / 19 May 2026
79
21:35 / 19 May 2026
98
21:20 / 19 May 2026
81
21:09 / 19 May 2026
139
20:47 / 19 May 2026
96
20:47 / 19 May 2026
75
20:42 / 19 May 2026
80
20:38 / 19 May 2026
71
20:34 / 19 May 2026
75
20:31 / 19 May 2026
63
20:27 / 19 May 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.