Tramp İrana sərt xəbərdarlıq edib
17 Noyabr 2026, 15:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
755
09.07.2020, 12:30
Koronavirusa yoluxanların sayı 12 milyonu keçib. Bu virusdan ölənlərin sayı 552 minə çatıb. Covid-19-dan ən çox ziyan çəkən ölkə ABŞ olsa da, son günlər Meksika, Hindistan və Braziliyada vəziyyət ağırlaşıb.
Oxu24.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, bir sutka ərzində Braziliyada 1223, Meksikada 782, Hindistanda 487 nəfər koronavirus səbəbindən ölüb.
Braziliyada koronavirusdan ölənlərin sayı 68 mini keçib. Burada 1 milyon 700 min nəfərdən çox insan koronavirusa yoluxub. Sağalaraq evə buraxılanların sayı isə 1 milyondan artıqdır. Lakin mütəxəssislərin fikrincə, koronavirusdan tamamilə sağalmaq mümkün deyil. Hətta virusa yoluxduqdan bir neçə ay sonra ölən şəxslər belə var. Koronavirusa ikinci dəfə yoluxma faktı da qeydə alınıb.
Meksika isə koronavirusa yoluxanların sayına görə doqquzuncu yerdədir. Burada ümumilikdə 32 min insan Covid-19 səbəbindən dünyasını dəyişib, 167 mindən çox insan sağalaraq evə buraxılıb.
Hindistan koronavirusa yoluxma sayına görə 3-cü yerdə qərarlaşıb. Bu ölkədə koronavirus səbəbindən ölənlərin sayı 21144 nəfərdir.
Ən çox yoluxma halı Maxaraştra ştatında baş verir. Bu ştatda 9 mindən çox insan koronavirus səbəbindən ölüb. Delhidə isə 1 milyondan çox insan koronavirusa yoluxub, 3 min insan bu səbəbdən dünyasını dəyişib.
Qeyd edək ki, Hindistanın 1 milyard 380 milyondan çox əhalisi var.
19:28 / 17 Noyabr 2026
25
19:21 / 17 Noyabr 2026
36
19:14 / 17 Noyabr 2026
59
19:09 / 17 Noyabr 2026
64
19:06 / 17 Noyabr 2026
147
18:57 / 17 Noyabr 2026
87
18:55 / 17 Noyabr 2026
83
18:50 / 17 Noyabr 2026
83
18:40 / 17 Noyabr 2026
329
18:38 / 17 Noyabr 2026
83
18:28 / 17 Noyabr 2026
86
18:21 / 17 Noyabr 2026
94
17:59 / 17 Noyabr 2026
100
17:49 / 17 Noyabr 2026
94
16:51 / 17 Noyabr 2026
115
16:34 / 17 Noyabr 2026
125
16:29 / 17 Noyabr 2026
116
16:21 / 17 Noyabr 2026
138
16:12 / 17 Noyabr 2026
120
15:57 / 17 Noyabr 2026
155
15:43 / 17 Noyabr 2026
171
15:12 / 17 Noyabr 2026
148
15:07 / 17 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.