Bu gün “Avroviziya”nın ikinci yarımfinalı keçiriləcək
14 May 2026, 22:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
926
07.07.2020, 21:52
Dünən dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Prezident nitqində bir sıra vacib məsələlərə toxunmaqla yanaşı, həm də ATƏT Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən danışıb. Ölkə rəhbəri bildirib ki, Azərbaycan ATƏT-in Minsk Qrupundan başqa, daha konkret addımlar gözləyir.
Prezident Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” iddiasının əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst etdiyini, əhəmiyyətsizləşdirdiyini vurğulayıb. ATƏT Minsk Qrupunun bu ifadəyə səssiz qalması isə haqsızlıqdır.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bununla bağlı “Sherg.az”a danışarkən söyləyib ki, Minsk qrupunun bizə qarşı münasibətinin dəyişməsi labüddür: “Dövlət başçısı çıxışında çox vacib məqamlara toxundu, əhəmiyyətli mesajlar verdi. Eyni zamanda dünyada gedən proseslərdən və onların ölkəmizə təsirindən söz açdı. Bu çıxışı səciyyələndirən əsas məqam isə tamamilə yeni yanaşmaydı. Düzdür, cənab İlham Əliyevin də dediyi kimi, biz konstruktiv mövqeyimizdən əl çəkmirik. Amma eyni zamanda əhəmiyyətsiz danışıqlarda daha iştirak etmək fikrimiz yoxdur. Odur ki, Minsk Qrupu hər hansı bir reaksiya göstərməlidir. Onun mövqeyi mövqesizliyindən irəli gəlir. Lakin vəziyyət dəyişməlidir. Ya sözügedən qurum iş prinsipini, formatını dəyişməli, ya da daxilində ciddi islahatlar aparılmalıdır”.
S. Seyidovun fikrincə, münasibətlərin dəyişilməsi artıq şərtdir: “Dağlıq Qarabağ 30 ildir, işğal altındadır. Bu səbəbdən də orada və ətrafdakı yeddi rayonda erməniləşmə prosesi gedir. Biz buna imkan verməməliyik. Yəni gözləmə mövqeyindən çəkilməli və Minsk qrupu qarşısında obyektiv, beynəlxalq tələblərə söykənən tələblər qoymalıyıq”.
00:45 / 15 May 2026
1
00:33 / 15 May 2026
84
00:22 / 15 May 2026
42
23:59 / 14 May 2026
145
23:30 / 14 May 2026
64
23:13 / 14 May 2026
65
23:05 / 14 May 2026
71
22:34 / 14 May 2026
78
22:30 / 14 May 2026
152
22:13 / 14 May 2026
163
21:58 / 14 May 2026
149
21:52 / 14 May 2026
77
21:41 / 14 May 2026
71
21:30 / 14 May 2026
81
21:19 / 14 May 2026
83
21:14 / 14 May 2026
81
21:07 / 14 May 2026
236
21:02 / 14 May 2026
174
20:59 / 14 May 2026
71
20:56 / 14 May 2026
101
20:54 / 14 May 2026
167
20:49 / 14 May 2026
64
20:49 / 14 May 2026
473
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.