Bu gün “Avroviziya”nın ikinci yarımfinalı keçiriləcək
14 May 2026, 22:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1680
07.07.2020, 21:14
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çin və Monqolustan ərazisində qeydə alınan bubonik vəbasına yoluxma hallarını təhlükəli hesab etməməklə yanaşı, vəziyyəti diqqətlə izləyir.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Marqaret Harris bildirib.
Xatırladaq ki, son günlər Monqolustanın qərbindəki Xovd aymağında dağ siçanı ətindən yedikdən sonra üç nəfər, qonşu Çinin İçəri Monqolustan muxtar bölgəsinin Bayannur şəhərində də bir nəfər bubonik vəbasına yoluxmuşdu. Bununla bağlı Bayannurda bazar günündən ilin sonunadək 3 səviyyəli təhlükə elan edilib.
May ayında Monqolustanda ər-arvad adətə görə cansağlığı üçün dağ siçanı ətindən yeyəndən sonra bubonik vəbasından dünyasını dəyişmişdilər.
1911-ci ildə Çinin şimal-qərb bölgələrində 63 min nəfərin öldüyü vəba pnevmoniyasının dağ siçanından yayıldığı güman edilir.
Orta əsrlərdə təkcə Avropada 50 milyon insanın həyatına son qoymuş bubonik vəbası vaxtilə ən təhlükəli xəstəliklərdən sayılsa da, müasir dövrdə tez aşkarlandığı təqdirdə antibiotiklər vasitəsilə müalicə oluna bilir.
Vəbanın üç formasından biri olan bubonik vəbası ağrılar, limf düyümlərinin şişməsi, qızdırma, üşümə, öskürmə kimi əlamətlərlə özünü göstərir.
00:45 / 15 May 2026
1
00:33 / 15 May 2026
84
00:22 / 15 May 2026
42
23:59 / 14 May 2026
145
23:30 / 14 May 2026
64
23:13 / 14 May 2026
65
23:05 / 14 May 2026
71
22:34 / 14 May 2026
78
22:30 / 14 May 2026
152
22:13 / 14 May 2026
163
21:58 / 14 May 2026
149
21:52 / 14 May 2026
77
21:41 / 14 May 2026
71
21:30 / 14 May 2026
81
21:19 / 14 May 2026
83
21:14 / 14 May 2026
81
21:07 / 14 May 2026
236
21:02 / 14 May 2026
174
20:59 / 14 May 2026
71
20:56 / 14 May 2026
101
20:54 / 14 May 2026
167
20:49 / 14 May 2026
64
20:49 / 14 May 2026
473
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.