Pezeşkian Moskvada səfərdədir
27 Oktyabr 2026, 16:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1025
28.04.2020, 23:40
ABŞ-da koronavirusa yoluxanların sayı artıb.
Bu barədə Oxu24.com “The Washington Post” qəzetinə istinadən xəbər verir.
Bildirilir ki, hazırda Birləşmiş Ştatlarda 1 milyondan çox koronavirus xəstəsi var. Ölkə hakimiyyətinin, səhiyyə orqanlarının, Ümumdünya Səhiyyə Təşkilatının və başqa rəsmi mənbələrin məlumatları əsasında hesablamalar aparan qəzetin məlumatına görə, ABŞ-da virusa yoluxma halları dünyada qeydə alınan yoluxmaların üçdə birini təşkil edir.
Qeyd edilir ki, ölkədə koronavirusdan 57 mindən çox insan ölüb. Ancaq qəzetin məlumatına görə, ekspertlər bu rəqəmləri azaldılmış hesab edirlər.
Birləşmiş Ştatlarda virusa ən çox yoluxma Nyu-York ştatında qeydə alınıb. Burada 295 106 nəfər COVID-19 daşıyıcısıdır. Siyahıda ondan sonra Nyu-Cersi (113 856 yoluxma) və Massaçusets (56 462) ştatları qərarlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 milyonu ötüb. Bunların 934 mindən çoxu sağalıb, 212,5 min nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.