Rusiyanın neft və qaz gəlirləri azalıb
06 May 2026, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
899
17.04.2020, 12:33
Dokuz Eylül Universitetinin pandemiya şöbəsinin müdiri Yusif Sarvan COVID-19-un aylarla davam edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, tanınmış həkim virusun yay aylarında da sürətlə yayılacağı proqnozunu verib. Həkimin koronavirusla bağlı etdiyi xədərdarlığı təqdim edirik:
Ne diyorsun doktor? Doç.Dr.Yusuf Sarvan: Türkiye'de ölüm sayısı ...
1. COVID-19 ilə aylarla yaşayacağıq. Bunu inkar etməyək, çaxnaşma da yaratmayaq. Gəlin həyatı lazımsız yerə çətinləşdirməyək. Xoşbəxt olmağı və bu həqiqətlə yaşamağı öyrənək.
2. Virusun təsirini yay azaltmayacaq. Artıq Braziliya və Argentinada yaydır, ancaq virus sürətlə yayılır.
3. Çox su içməklə hüceyrələrə nüfuz edən koronavirusu məhv edə bilməzsiniz, sadəcə tualetə tez-tez gedəcəksiniz.
4. Əl yumaq və 1,8 metr məsafədə dayanmaq virusdan qorunmaq üçün ən yaxşı üsuldur. Evdə COVID-19 xəstəsi yoxdursa, səthləri dezinfeksiya etmək lazım deyil.
5. Yük paketləri, qaz nasosları, alış-veriş arabaları və ya bankomatlar infeksiyaya səbəb olmur. Əllərinizi yuyun, normal həyat sürün.
6. Koronavirus qidadan qaynaqlanan infeksiya deyil. Qrip kimi hava-damcı yolu ilə yayılır.
7. Saunaya girmək hüceyrəyə nüfuz edən koronavirusu öldürmür.
Həmçinin oxuyun
8. Bir çox allergiya və viral infeksiya ilə qoxu hissinizi itirə bilərsiniz. Bu, COVID-19 üçün qeyri-spesifik simptomdur.
9. Evə gəldikdən sonra paltarınızı dəyişdirməyiniz və təcili olaraq duş qəbul etməyiniz lazım deyil.
10. Koronavirus havada asılmır. Yaxın təmas tələb edən hava-damcı infeksiyasıdır. Hava təmizdir; bağlarda, parklarda (məsafə saxlayaraq) gəzə bilərsiniz.
11. COVID-19 irqi və ya dini ayırmır, bütün insanlara ötürülür.
12. Koronaya qarşı adi sabun istifadə etmək kifayətdir, antibakterial sabun almaq mütləq deyil. Virus onsuz da bakteriya deyil.
13. Yemək sifarişlərinizdən narahat olmaq lazım deyil. Ancaq çox narahat olsanız, bir az isidə bilərsiniz.
14. COVID-19-u evinizə ayaqqabı ilə gətirmək və xəstələnmək şansınız, gündə iki dəfə sizi ildırım vurması ilə eynidir. 20 ildir viruslara qarşı işləyirəm, hava-damcı infeksiyası bu cür yayılmır.
15. Sirkə, sumax, soda və zəncəfil virusdan qorumur.
16. Əlcək taxmaq pis fikirdir, virus əlcəkdə toplana bilər, üzünüzə toxunsanız asanlıqla ötürülə bilər. Əllərinizi yumaq ən yaxşısıdır.
15:13 / 06 May 2026
1
15:08 / 06 May 2026
8
14:55 / 06 May 2026
209
14:48 / 06 May 2026
23
14:43 / 06 May 2026
32
14:37 / 06 May 2026
31
14:31 / 06 May 2026
35
14:23 / 06 May 2026
46
14:20 / 06 May 2026
44
14:17 / 06 May 2026
105
14:03 / 06 May 2026
469
13:29 / 06 May 2026
63
13:19 / 06 May 2026
86
13:15 / 06 May 2026
59
13:00 / 06 May 2026
55
12:58 / 06 May 2026
161
12:56 / 06 May 2026
301
12:49 / 06 May 2026
45
12:48 / 06 May 2026
52
12:45 / 06 May 2026
50
12:32 / 06 May 2026
63
12:30 / 06 May 2026
60
12:27 / 06 May 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.