Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
19 Noyabr 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
686
15.04.2020, 20:44
Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfovun İran Xarici işlər nazirin müavini Abbas Əraqçı və səfir Cavad Cahangirzadə ilə telefon danışıqları baş tutub.
Oxu24.com xəbər verir ki, danışıq zamanı X.Xələfov Azərbaycanın tərəfinin yüksək səviyyədə olan Azərbaycan İran əlaqələrini qorumaq üçün səylərini əsirgəmədiyini bildirərək pandemiya dövründə sərhədlərimizin bağlı olmasına baxmayaraq ölkələrimiz arasında tranzit daşımalarını və ticarət əlaqələrini qoruduğunu bildirib.
Nazir müavini eyni zamanda son günlər Ermənistan mətbuatında İran dövlət nömrə nişanlı yük avtomobillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yanacaq, xammal və ərzaq daşımaları barədə məlumat və videogörüntülərin Azərbaycan hökumətinin ciddi narahatlığına və ictimaiyyətin dərin narazılığına səbəb olduğunu vurğulayıb. Belə halların baş verməsinin işğalçı Ermənistana dəstəyə və münaqişənin şiddətlənməsinə xidmət etdiyini qeyd edib.
Sözügedən məsələ ilə bağlı İranın Bakıdakı səfirliyinin təkzib bəyanatına istinad edən X.Xələfov İran tərəfinin Azərbaycan-İran ikitərəfli münasibətlərinin prinsiplərinə uyğun olaraq bu yayılan məlumatı və videogörüntüləri araşdıraraq Azərbaycan tərəfinə aydınlıq gətirəcəyinə ümidvar olduğunu bildirib.
İran Xarici işlər nazirinin müavini İranın Azərbaycan ilə münasibətlərinə önəm verdiyini bildirərək dost və qardaş münasibətlərin davam etdiriləcəyini qeyd edib.
O, İran-Azərbaycan mehriban dost münasibətlərinin düşmənlərinin mövcudluğunu qeyd edərək həmin qüvvələrin mütəmadi olaraq bu cür məlumatları ortaya ataraq iki tərəfli münasibətlərimizə xələl gətirməyə çalışdıqlarını vurğulayıb.
A.Əraqçı videogörüntələrin ortaya çıxmasından dərhal sonra Bakıdakı səfirliyə məlumatın yalan olduğuna və təkzib olunmasına dair təlimatın verildiyini söyəyib.
İranın Xarici işlər nazirinin müavini, həmçinin pandemiya ilə mübarizəyə Azərbaycan hökumətinin etdiyi yardıma və pandemiya dövründə ölkə sərhədlərinin tranzit və yük daşımalar üçün açıq saxladığına görə təşəkkürünü bildirib.
Öz növbəsində, səfir Cavad Cahangirzadə Azərbaycan və İran Prezidentlərinin dostluq münasibətlərini qeyd edərək, ikitərəfli münasibətlərə önəm verdiklərini qeyd edib. Səfir, eyni zamanda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan-İran münasibətlərinə daim qayğı göstərdiyinə və İİR-ə pandemiya ilə əlaqədar göstərilən köməyə, tranzit daşımalarına imkan yaradılmasına görə İran tərəfinin dərin minnətdarlığını ifadə edib.
19:30 / 19 Noyabr 2026
15
19:10 / 19 Noyabr 2026
193
19:05 / 19 Noyabr 2026
58
18:55 / 19 Noyabr 2026
78
18:50 / 19 Noyabr 2026
110
18:07 / 19 Noyabr 2026
218
17:58 / 19 Noyabr 2026
103
17:50 / 19 Noyabr 2026
89
17:47 / 19 Noyabr 2026
364
17:45 / 19 Noyabr 2026
104
17:41 / 19 Noyabr 2026
94
17:34 / 19 Noyabr 2026
95
17:30 / 19 Noyabr 2026
106
17:20 / 19 Noyabr 2026
104
17:15 / 19 Noyabr 2026
105
17:01 / 19 Noyabr 2026
297
16:51 / 19 Noyabr 2026
381
16:50 / 19 Noyabr 2026
142
16:48 / 19 Noyabr 2026
110
16:35 / 19 Noyabr 2026
127
16:29 / 19 Noyabr 2026
121
16:24 / 19 Noyabr 2026
126
16:18 / 19 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.