Qaynar xətt:

(+99450) 247 90 86

İtaliya şokdadır! Koronavirus dayanmır: Ölü sayı 22 minə çatır

İtaliya şokdadır! Koronavirus dayanmır: Ölü sayı 22 minə çatır

DÜNYA

702

15.04.2020, 20:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İtaliyada son sutkada daha 578 nəfər koronavirusun qurbanı olub.

Oxu24.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 21 645-yə çatıb.

Bildirilib ki, koronavirusa yoluxanların sayı daha 2 667 nəfər artaraq 165 155-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 028 000-i ötüb. Bunların 494 562 nəfəri sağalıb, 129 186 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.