Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
19 Noyabr 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
524
15.04.2020, 08:58
Son sutka ərzində dünyada koronavirus infeksiyasına 74 mindən çox insan yoluxub, təxminən 7 min nəfər də bu virusun qurbanı olub.
Oxu24.com xəbər verir ki, bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.
14 aprel tarixli statistikaya görə, dünyada indiyədək 1 997 860 nəfər yeni növ koronavirusa yoluxub, 126 599 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 74 012 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6981 nəfər artıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 937 288 yoluxma və 83 717 ölüm. Sutka ərzində burada yoluxanların sayı 29 902, ölənlərin sayı isə 3728 nəfər artıb.
Şimali Amerikada virusa yoluxanların ümumi sayı 656 082 nəfər təşkil edir, indiyədək 27 687 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət nisbətən ürəkaçandır – 57 689 yoluxma və 2511 ölüm faktı.
Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada 321 351 yoluxma, 11 724 ölüm faktı qeydə alınıb.
İndiyədək dünyada 478 479 nəfər müalicə üsulu ilə virusdan xilas olub.
Ən çox yoluxanlar ABŞ-dadır – 613 886 nəfər. Onun ardınca İspaniya (174 060), İtaliya (162 488), Fransa (143 303), Almaniya (132 210) və Böyük Britaniya (93 873) gəlir.
19:55 / 19 Noyabr 2026
14
19:53 / 19 Noyabr 2026
4
19:30 / 19 Noyabr 2026
61
19:10 / 19 Noyabr 2026
379
19:05 / 19 Noyabr 2026
76
18:55 / 19 Noyabr 2026
88
18:50 / 19 Noyabr 2026
126
18:07 / 19 Noyabr 2026
256
17:58 / 19 Noyabr 2026
110
17:50 / 19 Noyabr 2026
96
17:47 / 19 Noyabr 2026
404
17:45 / 19 Noyabr 2026
112
17:41 / 19 Noyabr 2026
99
17:34 / 19 Noyabr 2026
102
17:30 / 19 Noyabr 2026
113
17:20 / 19 Noyabr 2026
109
17:15 / 19 Noyabr 2026
110
17:01 / 19 Noyabr 2026
320
16:51 / 19 Noyabr 2026
390
16:50 / 19 Noyabr 2026
148
16:48 / 19 Noyabr 2026
116
16:35 / 19 Noyabr 2026
135
16:29 / 19 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.