Türkiyəyə qanunsuz yolla girən İran vətəndaşları ağlayaraq polisdən kömək istəyiblər.
OXU24.COM xəbər verir ki, Vandan Türkiyəyə keçən ümumi sayı 51 nəfər olmaqla İran, Əfqanıstan və Pakistan vətəndaşları saxlanılıb. Onların deportasiyası barədə qərar qəbul edilib.
İranlı cütlük yalvararaq polisdən kömək istəyib. Onlar bildirib ki, saçları boyalı, bədənləri tatuajlı olduğuna görə birinin qolunu kəsəcəklər, o birisini isə edam edəcəklər.
Sərhəddi qanunsuz yolla keçən 51 nəfər deportasiya edilib. Oxu24.com
ŞƏRHLƏR