Qanunsuz yollarla dəniz vasitəsi ilə Türkiyədən Avropaya keçmək istəyən miqrantların içərisində olduğu qayıq Antalyanın Demre mahalı yaxınlığında batıb.
OXU24.COM haberler-ə istinadla xəbər verir ki, qayığın batması nəticəsində 9 nəfər boğularaq ölüb, 6 nəfər xilas edilib.
Boğulan 9 nəfərdən 1-i qadın, 6-sı uşaqdır. Ölən uşaqların 5-i qardaş olub.
5 övladı eyni anda ölən Zeynep Osman və İdris Raşit cütlüyünün halı pisləşib, onlara xəstəxanada xüsusi yardım edilib.
Qeyd edək ki, qayıqdakılar Suriya vətəndaşı olublar.
Oxu24.com
ŞƏRHLƏR