SpaceX şirkəti 40 milyard dollarlıq razılığa gəlib
26 Oktyabr 2026, 21:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1084
05.03.2020, 18:00
Bildiyiniz kimi Ermənistan höküməti və erməni lobbisi zaman-zaman Əsəd rejiminə həm hərbi, həm də humanitar yardımlar göndərib. Yardımların bir qismini gizli şəkildə etsə də, bir qismini isə açıq-aşkar şəkildə edirdi. Bu gün də ermənilərin Əsəd rejiminə və oradaki ermənilərə istər diaspor, istərsə də hökümət-ordu səviyyəsində yardımları davam edir.
Oxu24.com bildirir ki, Suriyada münaqişə başladığı gündən prosesləri diqqətlə izləyən Ermənistan elitası əslində həm də çox narahatdır. Çünkü Suriyada əhalinin etnik xəritəsi onu deməyə əsas verir ki, ölkədə kifayət qədər erməni yaşayır. Əgər Suriya rejimi qalib gəlməsə və yeni hökümət Türkiyə yönümlü olsa, Suriya-Ermənistan münasibətləri fərqli prizmada formalaşa bilər. Bu isə Ermənistanın Suriyadaki ermənilərin problemləri ilə yaxından maraqlanmaq, onlara hər cür dəstək göstərmək planını darmadağın edə bilər.
Belə ki, Rusiya və Türkiyədəki hadisələri yaxından izləyən Ermənistan rəsmi Moskva ilə daim əlaqə saxlayır. Bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan erməni KİV-lərinə etiraf edib. Onun sözlərinə görə, ölkəsi Suriyadakı hadisələrdən narahatdır və mövcud vəziyyət Ermənistanın diqqətindədir. “Yalnız nəzarət etmirik, həm də strateji tərəfdaşımız Rusiya ilə daim təmasdayıq”- deyən Davtyan vəziyyətin Ermənistanın Suriyadakı humanitar missiyası üçün təhlükə yaratmadığını vurğulayıb. Artak Davtyan əlavə edib ki, 2020-ci ilin əvvəlindən Suriyaya minaxtaran qrup göndərilib və həmin qrup iki ay ərzində Suriyada 126.000 kvadratmetrdən çox ərazini təmizləyib.
Ermənistan Baş Qərargah rəisi A. Davtyanın da etiraf etdiyi kimi, onlar Suriyaya təkcə humanitar yox, həm də hərbi yardım göndərirlər.
Hələ 2016-cı ildə Ermənistan müxalifəti iqtidara Suriyaya hərbiçi göndərdiyi üçün “Bizi niyə yeni bəlaya sürükləyirsiniz?”, – deyərək etiraz etmişdi. Ermənistan iqtidarı nə qədər etiraz etsə də, həmin döyüşçülərin əllərində silah, Ermənistan-Suriya bayraqları ilə foto çəkdirib sosial şəbəkələrdə paylaşması bu yalanı ifşa etdi. Həmin görüntülər isə Suriyanın Kassab bölgəsindən idi. Lragir.am internet nəşrinin siyasi icmalçısı Hakob Badalyan rəsmi İrəvanı Ermənistanın hədəfə çevrilməsinin qarşısını almağa çağırıb.
Oxu24.com həmin fotogörüntüləri təqdim edir.








21:32 / 26 Oktyabr 2026
5
21:30 / 26 Oktyabr 2026
1
21:05 / 26 Oktyabr 2026
377
21:02 / 26 Oktyabr 2026
59
20:56 / 26 Oktyabr 2026
60
20:30 / 26 Oktyabr 2026
69
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
88
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
76
18:47 / 26 Oktyabr 2026
87
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
184
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
380
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.