Rusiya bu sayda Ukrayna PUA-sı vurdu
26 Oktyabr 2026, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1599
05.03.2020, 09:36
Azərbaycan öz vətəndaşlarını koronovirusun tüğyan etdiyi İran ərazisindən çıxarır.
Oxu24.com xəbər verir ki, vətəndaşlar xüsusi sərhəd dəhlizi ilə İrandan çıxarılır. Dövlətin nəzarəti ilə keçirilən xüsusi əməliyyat zamanı vətəndaşların təhlükəsizliyi üçün xüsusi məntəqələr yaradılıb. İrandan gələn vətəndaşlar koronovirus testi edilir. Koronavirusla bağlı Azərbaycana artıq min ədəd test göndərilib. Loborator analizlər yalnız xüsusi dövlət müəssələrində həyata keçirilir. Koronovirusla bağlı kənar tibb müəssəsində analiz vermək qadağan edilib.
Qeyd edək ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə koronavirusdan ölənlərin sayının 77 nəfərə çatdığını bildirib.
Onun sözlərinə görə, daha 835 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 336 nəfərə çatıb. Bu günədək 435 nəfər isə koronavirusdan sağalıb.
Ölkənin sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.
Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 574-ə çatıb. Bunların 51 066 nəfəri sağalıb, 3 204 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Koronavirusla əlaqədar Çindən sonra ən çox itki verən İranda çəkilən kadrlar ölkədəki vəziyyətin ağır olduğunu göstərir.
Görüntülər Qum şəhərində xəstəxanaların birində qeydə alınıb.
Kadrlarda döşəmədə və masaların üzərində onlarla cəsəd görünür. Videonun müəllifi koronavirusdan ölən adamlar üçün yer tapılmadığını və meyitlərin xəstəxanalarda yığılıb qaldığını bildirib. O, İran hökumətinin koronavirusla bağlı rəqəmləri gizlətdiyini vurğulayıb.
Ətraflı videonu təqdim edirik:
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.