Fransada siyasi böhran və iqtisadi narahatlıq: Makron hakimiyyətinin çətin sınağı
20 Noyabr 2026, 15:07
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
617
29.02.2020, 16:49
Antibiotiklərə allergiyası olan gənc qadına xəstəxanada sistem vurulduqdan sonra tanınmaz hala düşüb.
İddiaya görə, 30 yaşlı Çilem Kelleci idrar yolu infeksiyası şikayəti ilə təcili yardıma müraciət edib. Həkimlərə antibiotiklərə qarşı allergiyasının olduğunu söylədiyini iddia edən gənc qadın, buna baxmayaraq ona 3 dərmanlı bir sistem vurulduğunu bildirib. Bundan sonra o, görmə qabiliyyətini itirib, dərisi isə yara basıb.
“İdrar yolu infeksiyası ilə əlaqədar təcili yardıma müraciət etdim. Mənə antibiotik verdilər. Həkimlər dedilər ki, bir qutunu istifadə et, ikinci qutu bitəndən sonra əməliyyat olunacaqsan. Birinci qutunu bitirdikdən sonra temperaturum yüksəldi. Təkrar xəstəxanaya müraciət etdim, orada mənə serum vurdular. Evə qayıtdım, səhəri yenə qızdırmam yüksəldi. Müraciət etdiyim həkim digər həkimin verdiyi antibiotikin fayda vermədiyini deyərək, mənə bir kokteyl hazırladı. Sonra o, iki-üç dərmanı seruma qatdı. Evdəki antibiotiki də qəbul etməyin bir ziyanı olmayacağını dedi.
Onun dediyi kimi etdim. Həmin gecə görmə qabiliyyətimi itirdim. Yuxudan ayılanda kürəyim qaşınırdı. Anam kürəyimə baxdı, dərim qabıq vermişdi. Təcili yardıma getdik. Antibiotikdən allergiyam yarandığını dedilər. Sistem vurub təkrar məni evə göndərdilər. O gecə səhərə qədər yatmadım. Bədənimdə müxtəlif dəyişikliklər baş verdi. Daha sonra Samsun Elm və Araşdırma xəstəxanasına getdim. Orada hamı mənə canlı bomba kimi baxırdı. Hər an nəfəsim kəsilə bilərmiş. Oradan məni Tibb fakültəsinə göndərdilər”, - deyə o, qeyd edib.
15 gün xəstəxanada yatan Çilem Kelleci 13 gün görmə qabiliyyətini itirib, şüuru özündə olmayıb. Bədəninin hər yerini yaralar basıb.
Buna görə məhkəməyə müraciət edən gənc qadın həkim və xəstəxanadan şikayət edib.
Hadisə ilə bağlı araşdırma aparılır.
16:43 / 20 Noyabr 2026
1
16:21 / 20 Noyabr 2026
69
16:20 / 20 Noyabr 2026
84
16:05 / 20 Noyabr 2026
68
15:58 / 20 Noyabr 2026
69
15:55 / 20 Noyabr 2026
72
15:48 / 20 Noyabr 2026
75
15:35 / 20 Noyabr 2026
77
15:25 / 20 Noyabr 2026
80
15:23 / 20 Noyabr 2026
87
15:19 / 20 Noyabr 2026
115
15:15 / 20 Noyabr 2026
95
15:07 / 20 Noyabr 2026
87
15:00 / 20 Noyabr 2026
112
14:54 / 20 Noyabr 2026
88
14:40 / 20 Noyabr 2026
1053
14:34 / 20 Noyabr 2026
119
14:25 / 20 Noyabr 2026
112
14:10 / 20 Noyabr 2026
125
14:06 / 20 Noyabr 2026
134
14:05 / 20 Noyabr 2026
199
14:00 / 20 Noyabr 2026
117
13:59 / 20 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.