Qaynar xətt:

(+99450) 247 90 86

Ceki Çan koronavirusa yoluxması barədə xəbərlərə münasibət bildirib

Ceki Çan koronavirusa yoluxması barədə xəbərlərə münasibət bildirib

DÜNYA

452

29.02.2020, 16:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ceki Çan koronavirusa yoluxması ilə bağlı yayılmış məlumatı təkzib edib.

İnterAz “Report”a istinadən xəbər verir ki, bu barədə çinli aktyor öz “Facebook” səhifəsində yazıb:

“Hər kəsə qayğıya görə təşəkkür edirəm! Mən sağ-salamatam. Xahiş edirəm, narahat olmayın, karantində deyiləm. Ümid edirəm ki, siz də yaxşısınız”.

Qeyd edək ki, mətbuatda Ceki Çanın koronavirusla əlaqədar karantinə yerləşdirilməsi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Ceki Çan koronavirusun müalicəsini tapan şəxsə 197 min ABŞ dolları mükafatı söz verib.