Qaynar xətt:

(+99450) 247 90 86

İran ordusu açıqladı - Təl-Əvivi və daha 34 məntəqəni hədəfə aldıq

2020/01/04/1578165316_raket_hcumu.jpg

DÜNYA

1072

04.01.2020, 23:12

“Aralarında İsrailin paytaxtı Təl-Əviv də olmaqla ABŞ-ın bölgədəki həyati əhəmiyyətli 35 məntəqəsi İran ordusunun hədəfindədir”.
Publika.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarından Qulam Əbu Həmzə belə açıqlama verib. O bildirib ki, bu hədəflər bir müddət əvvəl müəyyən edilib. Hörmüz boğazından və Oman dənizindən ABŞ-a məxsus hərbi gəmilərin keçdiyinə diqqət çəkən komandan, həmin vasitələrin də hədəfdə olduğuna işarə edib. Komandanın sözlərinə görə, ABŞ ordusu tərəfindən öldürülən “Qüds” xüsusi qüvvələrinin komandanı Qasım Süleymaninin qisası alınacaq.