Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-a daha bir təhdid: “35 hədəf əlimizin altındadır”

2020/01/04/1578144547_1398100821243787719236674.jpg

DÜNYA

695

04.01.2020, 17:27

İran SEPAH generalı Qasım Süleymaninin öldürülməsinə görə amerikalıları cəzalandıracaq.
Oxu.Az-ın məlumatına görə, bunu “Tasnim” agentliyinə SEPAH-ın komandanı, general Qulaməli Əbuhəmzə deyib. Q.Əbuhəmzə Hörmüz boğazında ABŞ gəmilərinə hücum ediləcəyi anonsunu verib.
“Hörmüz boğazı Qərb üçün əhəmiyyətlidir. Buradan çox sayda ABŞ-ın dağıdıcı və döyüş gəmiləri keçir. Bölgədə ABŞ üçün həyati əhəmiyyətli hədəflər çoxdan müəyyən edilib”, - deyə general bildirib. O qeyd edib ki, ABŞ-ın bu bölgədəki 35 hədəfi, eləcə də, Təl-Əviv İranın əlinin altındadır. Qeyd edək ki, Q.Süleymani yanvarın 3-də Bağdad hava limanında ABŞ aviasiyasının raket zərbələri nəticəsində ölüb. Bundan sonra ABŞ-la İran arasında gərginlik daha da artıb. İran rəsmiləri isə bir-birinin ardınca ABŞ-ı hədələyən bəyanatlarla çıxış edirlər.