Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21954
az

Hərbi mənbədən təhlükəli AÇIQLAMA: “Top” Tehrandadır, cavablarını gözləyirik

13:2004 Yanvar, 2020
482
DÜNYA
  • A
ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” bölməsinin komandanı Qasım Süleymaninin öldürülməsi əmrini iki ay öncədən verə bilərdi. Oxu.Az-ın məlumatına görə, bu barədə “Politico” nəşri Pentaqonun yüksək rütbəli əməkdaşına istinadən yazıb. Nəşr son iki ayda ABŞ-ın İraqdakı bazalarına raket zərbələrinin çoxaldığına diqqət çəkib. Qeyd olunub ki, Prezident Tramp məhz buna görə Pentaqona Q.Süleymaninin tez bir zamanda öldürülməsi də daxil olmaqla geniş fəaliyyət azadlığı verib. Hərbi səlahiyyətli şəxslərdən biri deyib ki, Yeni il tətilindən öncə onlara Q.Süleymaninin öldürülməsi ilə bağlı icazə verilib. Bununla belə o, müvafiq əmrin konkret nə zaman verildiyini dəqiqləşdirməyib. Mənbə İranın mümkün cavab tədbirləri barədə də danışıb. O bildirib ki, hazırda “top” Tehran tərəfindədir. “Biz onların cavabını gözləyirik”,-deyə mənbə əlavə edib. Qeyd edək ki, Pentaqon yanvarın 3-də Bağdad hava limanının yaxınlığında Q.Süleymaninin raket zərbəsi ilə öldürüldüyünü bəyan edib. ABŞ Müdafiə Nazirliyi əmrin Donald Tramp tərəfindən verildiyini və Konqresə əvvəlcədən xəbərdar edilmədiyini bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinə Olimpiya oyunlarında atəşkəslə bağlı müraciət edildi
Berlin İsraili silahlandırmaqda davam edəcək
Ukraynanın dövlət borcu iyunda daha 1 milyard dollar artıb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ