Qaynar xətt:

(+99450) 247 90 86

Iran generalın qətlinə görə susmur

2020/01/04/1578083264_451b69fc-1bc4-4756-827f-a7c7e9bf1f74_640.jpg

DÜNYA

849

04.01.2020, 07:25

İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə BMT-nin baş katibi Antoniu Quttereş arasında telefon danışığı olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, XİN rəhbəri general Qasım Süleymaninin öldürülməsini ABŞ tərəfindən törədilən terror aktı adlandırıb.
"Bütün nəticələr (Suleymaninin qətlinə görə – red.) ABŞ-ın üzətinə düşür", - deyə Quterreşlə telefon danışığının gedişatında Zərif deyib. O, vurğulayıb ki, ABŞ-ın hücumu terror aktıdır. Öz növbəsində BMT baş katibi ABŞ-ın hərəkətlərindən narahatlığını ifadə edib. Antoniu Quttereş bildirib ki, bunlar regionda gərginliyin artmasına gətirib çıxaracaq.