Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1940
az

20 Yanvar faciəsinin baiskarı - 93 yaşlı Yazov ömürlük həbs oluna bilər

11:3919 May, 2018
2538
DÜNYA
  • A
Litvanın Baş Prokurorluğu Sovet marşalı Dmitri Yazovun insanlıq əleyhinə törətdiyi cinayətlərə görə ömürlük həbs olunmasını tələb edib.

AzVision.az xəbər verir ki, bu barədə BNS agentliyi məlumat yayıb.

“Dmitri Yazov Litvanı SSRİ-ni tərkibinə qaytarmaq məqsədilə 1990-cı ilin sonunda hərbi və siyasi xadimlərdən ibarət 160 nəfərlik mütəşəkkil qrup yaradıb. O, beynəlxalq humanitar hüququn qoruması altında olan insanların ölümü, işgəncə və digər qeyri-insani davranışlar, qadağan olunmuş hərbi hücumlar, qadağan olunmuş hərbi sursatdan istifadə və digər hərbi və insanlıq əleyhinə cinayətlərdə ittiham olunur”, – deyə Litva Baş prokurorluğunun ittihamnamə aktında qeyd olunub.

Prokurorluğun nümayəndəsi Dayva Skorpuskayte-Lisauskene bildirib ki, Yazovla birgə, 1991-ci il 13 yanvar hadisələrində əli olan 67 nəfərin cəzalandırılması tələb olunub. Onların sırasında Litvalı dövlət xadimlərilə yanaşı, KQB-nin keçmiş zabiti Mixail Qolovatov, SSRİ daxili işlər nazirinin müavini Nikolay Demidov və digərləri var.

Qeyd edək ki, hazırda Moskvada yaşayan 93 yaşlı Dmitri Yazov 1987-1991-ci illərdə SSRİ-nin müdafiə naziri olub. O, 1990-cu ildə marşal rütbəsi alıb. Yazov 1990-cı ildə Bakıda törədilən 20 Yanvar faciəsinin baiskarlarından biridir. O, həmçinin, 1991-ci ilin avqustunda həyata keçirilən dövlət çevrilişinin iştirakçısı olub və buna görə məhbəs həyatı yaşayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Brüsseldə imza atıldı: İrəvan sülh müqaviləsi bağlamaqdan rəsmən imtina etdi -YENİLƏNDİ
Tramp Netanyahunu Ağ Evə dəvət etdi
Tramp CNN müxbirini təhqir etdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU