Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
14 Oktyabr 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
279
03.09.2026, 22:14
Gürcüstan telekanalının aparıcısı Nana Nebieridze Qarabağa səfəri çərçivəsində Azərbaycanın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa işləri və Xankəndi şəhəri haqqında təəssüratlarını bölüşüb.
Teleaparıcı "Report"a müsahibəsində Azərbaycana ilk dəfə 10 il öncə gəldiyini və hazırda ölkənin tamamilə fərqli göründüyünü qabardıb.
"Bu gün səhər Qarabağa tərəf hərəkət edərkən ikili hisslər keçirirdim. Sol tərəfdə yanmış evlər, məhv edilmiş torpaqlar görürdük - bu mənim üçün, həqiqətən, şok idi", - o bildirib və əlavə edib ki, sağ tərəfdə isə tamamilə yeni şəhərlər var idi.
N. Nebieridze Azərbaycandakı "ağıllı kəndlər"in heç Avropada olmadığını müzakirə etdiklərini də deyib:
"Ağır və amansız müharibənin baş verdiyi bir regionda bu qədər qısa müddətdə bütün bunları təşkil etmək, tikmək və reallaşdırmaq çox həyəcanverici və təsiredicidir.
Üstəlik, burada necə müsbət bir enerjinin olduğu dərhal hiss olunur. Bütün azərbaycanlılara, paytaxt Bakının qonaqlarına və bütün dünyaya müraciət etmək istəyirəm: əgər sakitliyin nə olduğunu hiss etmək, bu möhtəşəm təbiətdən və pozitivlikdən həzz almaq istəyirsinizsə, mütləq bura gəlməlisiniz.
Sizin ən müdrik insanınıza - cənab Prezident İlham Əliyevə valehəm. O insan ki, atasına söz verib və vədini yerinə yetirib.
Xahiş edirəm, bilin və əmin olun ki, Gürcüstan və gürcülər sizi çox sevir. Sırf strateji tərəfdaş və ya qonşu olduğumuza görə deyil - biz sizi sadəcə qəlbdən sevir və sizə dərin hörmət edirik".
00:30 / 14 Oktyabr 2026
361
00:28 / 14 Oktyabr 2026
136
00:11 / 14 Oktyabr 2026
134
00:09 / 14 Oktyabr 2026
92
23:55 / 13 Oktyabr 2026
179
23:55 / 13 Oktyabr 2026
79
23:55 / 13 Oktyabr 2026
90
23:54 / 13 Oktyabr 2026
86
23:43 / 13 Oktyabr 2026
82
23:41 / 13 Oktyabr 2026
118
23:33 / 13 Oktyabr 2026
87
23:24 / 13 Oktyabr 2026
453
23:15 / 13 Oktyabr 2026
166
23:02 / 13 Oktyabr 2026
252
22:57 / 13 Oktyabr 2026
112
22:49 / 13 Oktyabr 2026
213
22:47 / 13 Oktyabr 2026
134
22:43 / 13 Oktyabr 2026
103
22:25 / 13 Oktyabr 2026
731
22:19 / 13 Oktyabr 2026
488
22:18 / 13 Oktyabr 2026
97
22:10 / 13 Oktyabr 2026
364
22:02 / 13 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.