Qaynar xətt:

(+99450) 247 90 86

Kiprdə batan gəmidə xilas olan azərbaycanlıların adları 

Kiprdə batan gəmidə xilas olan azərbaycanlıların adları 

DÜNYA

88

30.08.2026, 21:17

Şimali Kiprdə batan gəmidə 4 Azərbaycan vətəndaşı olub.

Oxu24.com  xəbər verir ki, bu barədə APA-nın Türkiyə bürosuna Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu məlumat verib.

İki sərnişin və ekipaj üzvlərindən ikisi azərbaycanlı olub. Onlar xilas edilib.

Azərbaycan vətəndaşı olan iki sərnişinə xəstəxanada ambulator yardım göstərilib və onlar evə buraxılıblar.

Gəmi ekipajının üzvləri olan iki vətəndaşımız — Valeh Hümmətov və Rəşad İbrahimov da ilkin tibbi müdaxilədən sonra xəstəxanadan buraxılıblar. Onların da vəziyyəti yaxşıdı

Qeyd edək ki, bu gün Şimali Kipr sahillərində göyərtəsində 267 sərnişinin olduğu gəmi batıb. İndiyə qədər 242 nəfər xilas edilib, 8 nəfər ölüb. 17 nəfərin axtarışı davam etdirilir.