Türkiyədə ağır qəza: 18 yaralı var
19 Noyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
355
30.08.2026, 16:55
Qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi dünyada milyonlarla insan üçün ciddi təhlükə yaradır. Alimlərin apardığı yeni araşdırmaya görə, təxminən 15 milyon insan buzlaq göllərinin partlaması nəticəsində yarana biləcək daşqınların potensial təsir zonasında yaşayır.
Oxu24.com xəbər verir ki, araşdırma “Nature Communications” jurnalında dərc olunub.
Buzlaqlar əridikcə yaranan su təbii buz və daş-qaya bəndlərinin arxasında toplanaraq buzlaq gölləri əmələ gətirir. Bu bəndlər qeyri-sabit olduğundan onların dağılması böyük həcmdə su, buz və qayanın qəfil aşağı axmasına səbəb ola bilər.
Buzlaq gölünün partlaması nəticəsində yaranan daşqın (GLOF) adlandırılan bu hadisələr qısa müddətdə vadilər boyunca böyük dağıntılara səbəb ola, yaşayış məntəqələrini, yolları və körpüləri sıradan çıxara bilər.
Nortumbriya Universitetinin Kerolin Teylorun rəhbərlik etdiyi tədqiqat qrupu dünya üzrə buzlaq göllərinin ətrafında 50 kilometrlik potensial daşqın zonasında yaşayan insanların sayını hesablayıb. Nəticədə bu ərazilərdə təxminən 15 milyon insanın yaşadığı müəyyən edilib. Onlardan 300 minə yaxını buzlaq göllərindən 5 kilometrdən az məsafədə yerləşən ərazilərdə yaşayır.
Ən yüksək riskin Himalay dağları və ona bitişik dağlıq ərazilərdə olduğu müəyyənləşdirilib. Risk altında olan əhalinin sayına görə ilk üçlükdə Çin, Pakistan və Hindistan yer alır. Peru da yüksək riskli ölkələr sırasında göstərilib. Bu dörd ölkənin – Hindistan, Pakistan, Peru və Çinin – birlikdə risk altında olan insanların yarıdan çoxunu təşkil etdiyi bildirilir.
Alimlər vurğulayırlar ki, təhlükənin səviyyəsini müəyyən edən əsas amil yalnız buzlaq gölünün ölçüsü deyil. Əhalinin sıxlığı və çayın aşağı hissəsində yaşayan insanların daşqınlara qarşı həssaslığı da mühüm rol oynayır.
Xüsusilə And dağlarında vəziyyət narahatlıq doğurur. Burada buzlaq göllərinin sayı 1990-cı ildən bəri 93 faiz artıb. Yüksək Asiyada isə bu göstərici 37 faiz təşkil edir.
Tədqiqatçılar bildirirlər ki, sürətlə böyüyən buzlaq gölləri, yoxsulluq və əhali artımının eyni vaxtda müşahidə olunduğu inkişaf etməkdə olan dağlıq bölgələrə daha çox diqqət və resurs ayrılmalıdır.(ajans.az)
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.