Qaynar xətt:

(+99450) 247 90 86

İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL 

İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL 

DÜNYA

261

30.08.2026, 15:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

30 avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü Azərbaycan üçün sadəcə beynəlxalq təqvimdə qeyd olunan xüsusi tarix deyil. Bu gün onilliklərdir yaxınlarının taleyindən xəbər gözləyən minlərlə azərbaycanlı ailəsinin ağrısını və itkin şəxslərin taleyinin müəyyənləşdirilməsinin həm humanitar, həm də hüquqi əhəmiyyətini bir daha gündəmə gətirir. BMT Baş Assambleyasının 21 dekabr 2010-cu ildə təsis etdiyi bu günün əsas məqsədi münaqişə, zorakılıq və digər faciələr nəticəsində itkin düşən insanların xatirəsini yaşatmaq və onların ailələrinin üzləşdiyi qeyri-müəyyənliyə beynəlxalq diqqəti cəlb etməkdir.

4 010 itkin: rəqəmlərin arxasında minlərlə ailənin faciəsi dayanır

Azərbaycanın timsalında problemin miqyası xüsusilə ağırdır. Ermənistanın hərbi təcavüzü nəticəsində 4 010 Azərbaycan vətəndaşı hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Burada söhbət yalnız statistik rəqəmdən getmir. Hər bir rəqəmin arxasında taleyi məlum olmayan insan, illərlə cavab gözləyən ailə və həllini tapmamış faciə dayanır. Bu baxımdan itkinlərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün yalnız keçmiş münaqişənin humanitar nəticələrinin aradan qaldırılması deyil, eyni zamanda ədalətin bərpasının mühüm istiqamətidir.

Kütləvi məzarlıqlar: keçmişin gizli qalan izləri üzə çıxarılır

İşğaldan azad edilmiş ərazilərdə son illərdə aşkarlanan kütləvi məzarlıqlar problemin miqyasını və xarakterini yeni faktlarla ortaya qoyur. Xocalı, Şuşa, Füzuli və digər ərazilərdə aparılan axtarışlar nəticəsində insan qalıqlarının aşkarlanması itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün mühüm sübut bazası yaradır. Dövlət Komissiyasının həyata keçirdiyi işlər çərçivəsində şahid ifadələrinin araşdırılması, ehtimal olunan dəfn yerlərinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların qazılması, qalıqların məhkəmə-tibbi və DNT ekspertizasından keçirilməsi sistemli xarakter alıb.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqladığı rəqəmlər bu istiqamətdə görülən işlərin nəticələrini də göstərir. İndiyədək 32 kütləvi məzarlığın aşkar edilməsi və 328 itkin şəxsin DNT analizi ilə identifikasiyası yüzlərlə ailənin uzun illər gözlədiyi cavabın müəyyən mənada təmin edilməsi deməkdir. Eyni zamanda bu nəticələr göstərir ki, axtarış və identifikasiya prosesi təkcə humanitar deyil, həm də hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır.

İtkin Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bomberqerin bu il iyunun 30-a Bakıda keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda konfransda və APA-ya verdiyi müsahibədə səsləndirdiyi, “hələ də aşkarlanmalı və qazılmalı olan əlavə kütləvi və gizli məzarlıqlar mövcuddur” fikri də Azərbaycanın uzun illər beynəlxalq ictimaiyyətə çatdırdığı faktlarla üst-üstə düşən mühüm mesaj kimi qiymətləndirilir.

Ermənistanın üzərinə düşən məsuliyyət

Burada Ermənistanın üzərinə düşən məsuliyyət məsələsi xüsusi aktuallıq kəsb edir. İtkin azərbaycanlıların taleyi ilə bağlı məlumatların, xüsusilə də onların mümkün dəfn yerləri barədə dəqiq informasiyanın təqdim edilməsi problemin həlli üçün əsas şərtlərdən biridir. Hikmət Hacıyevin də vurğuladığı kimi, belə əməkdaşlıq ilk növbədə humanitar öhdəlikdir. Ermənistanın bu məlumatları təqdim etməsi minlərlə ailənin onilliklər boyu davam edən qeyri-müəyyənliyinə son qoymaqla yanaşı, keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması və regionda davamlı sülh mühitinin formalaşmasına da töhfə verə bilər.

Axtarışlar davam edir: məqsəd bütün itkinlərin taleyinə aydınlıq gətirməkdir

Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri isə bütün itkinlərin taleyinin müəyyənləşdirilməsinə qədər axtarışları davam etdirməkdir. Minalar, partlamamış hərbi sursatlar, çətin relyef və hava şəraiti bu prosesi mürəkkəbləşdirsə də, müasir texnologiyaların, o cümlədən DNT analizlərinin tətbiqi imkanları genişləndirir.

Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü bir həqiqəti xatırladır: münaqişə başa çatsa da, itkinlərin taleyi ilə bağlı suallar cavabsız qaldıqda onun humanitar nəticələri tam aradan qalxmır. Azərbaycan üçün bu məsələ həm milli yaddaş, həm insan hüquqları, həm də ədalətin təmin olunması müstəvisində aktuallığını qoruyur. Çünki hər bir itkin şəxsin adı var və hər bir ailənin yaxınlarının taleyini bilmək hüququ var.

“Azərbaycanın gücü təkcə Zəfərində deyil, fərqli xalqları birləşdirən həmrəyliyindədir” -  DEPUTAT  

18:50 / 30 Oktyabr 2026

SİYASƏT SİYASƏT

“Azərbaycanın gücü təkcə Zəfərində deyil, fərqli xalqları birləşdirən həmrəyliyindədir” -  DEPUTAT  

98

0
Əliyev Ankarada hazırlanan planı belə pozdu – Şah gedişi və mat vəziyyəti 

18:43 / 30 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Əliyev Ankarada hazırlanan planı belə pozdu – Şah gedişi və mat vəziyyəti 

1514

0
ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil edilib

18:27 / 30 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil edilib

90

0
 YENİ MƏRHƏLƏ: Türkiyənin planı yükdaşımaları sürətləndirəcək — AÇIQLAMA  

18:17 / 30 Oktyabr 2026

SİYASƏT SİYASƏT

 YENİ MƏRHƏLƏ: Türkiyənin planı yükdaşımaları sürətləndirəcək — AÇIQLAMA  

109

0
Əli Əsədov maaşlarla bağlı qərar İMZALADI

18:14 / 30 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əli Əsədov maaşlarla bağlı qərar İMZALADI

207

0
Şiddətli töhmət alan baş həkimə yüksək vəzifə verilib? 

18:07 / 30 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şiddətli töhmət alan baş həkimə yüksək vəzifə verilib? 

136

1
Ramiz Mehdiyevlə bağlı bu qərar VERİLDİ

18:01 / 30 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ramiz Mehdiyevlə bağlı bu qərar VERİLDİ

303

0
Uşaq ana bətnində sidiyə gedirmi? – Ginekoloq maraqlı məqamlara aydınlıq gətirdi  

18:00 / 30 Oktyabr 2026

TİBB TİBB

Uşaq ana bətnində sidiyə gedirmi? – Ginekoloq maraqlı məqamlara aydınlıq gətirdi  

198

0
Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub 

17:51 / 30 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub 

83

0
Hadisənin baş verdiyi məktəblə bağlı ŞOK! Şagirdlərin geyimi... (VİDEO)

17:47 / 30 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hadisənin baş verdiyi məktəblə bağlı ŞOK! Şagirdlərin geyimi... (VİDEO)

807

0
Xaş sevənlərə xəbərdarlıq: Bu üç xəstəlikdən əziyyət çəkənlər ehtiyatlı olmalıdır  

17:35 / 30 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Xaş sevənlərə xəbərdarlıq: Bu üç xəstəlikdən əziyyət çəkənlər ehtiyatlı olmalıdır  

288

0
Dəridəki xallara toxunmaq təhlükəlidirmi? – Dermatoloqdan XƏBƏRDARLIQ

17:20 / 30 Oktyabr 2026

TİBB TİBB

Dəridəki xallara toxunmaq təhlükəlidirmi? – Dermatoloqdan XƏBƏRDARLIQ

108

0