Dekabrdan Rusiya ilə sərhəd BAĞLANACAQ
15 Noyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1357
26.08.2026, 15:12
Ermənistan Baş Prokurorluğu ölkənin keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyana, eləcə də onların hakimiyyəti dövründə yüksək vəzifə tutmuş bir sıra şəxslərə qarşı dövlət əmlakının mənimsənilməsi maddəsi ilə yeni cinayət işi açıb. Qonşu ölkədə uzun illər toxunulmaz sayılan sabiq dövlət rəhbərlərinin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılması və hüquqi təqibə məruz qalması regionda böyük rezonans doğurub. Bu hadisə Azərbaycan cəmiyyətində də diqqətlə izlənilir, çünki hər iki şəxs Azərbaycan torpaqlarının işğalında, Xocalı soyqırımında və digər ağır hərbi cinayətlərdə bilavasitə məsuliyyət daşıyan Xocalı cəlladlarıdır. Azərbaycanda da barələrində müxtəlif cinayət maddələri ilə iş açılmış bu şəxslərin Ermənistan hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunması fərqli müstəvilərdə qiymətləndirilir. Ermənistandakı ittihamlar korrupsiya epizodları ilə bağlı olsa da, prosesin siyasi və psixoloji nəticələri Azərbaycan cəmiyyətinin uzunillik gözləntiləri kontekstində xüsusi maraq kəsb edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Rəşad Bayramov baş verən proseslərin hüquqi və siyasi pərdəarxasını şərh edib.
Politoloq bildirib ki, Paşinyan hakimiyyətinin Köçəryan və Sarkisyanı məsuliyyətə cəlb etməsi Azərbaycan xalqının ədalət gözləntisinin qismən reallaşması kimi qiymətləndirilə bilsə də, burada mühüm fərqləri nəzərə almaq lazımdır:
“Azərbaycan ictimaiyyətinin gözləntisi hərbi cinayətlər və işğal siyasəti ilə bağlıdır. Ermənistandakı hazırkı iş isə sırf dövlət əmlakının mənimsənilməsi və korrupsiya epizodlarını əhatə edir. Bu proses avtomatik olaraq Azərbaycanın ağır cinayətlərlə bağlı iddialarının hüquqi qiymətləndirilməsi demək deyil”.
Məsələni siyasi baxımdan şərh edən politoloq bu addımın Paşinyan hakimiyyətinin əvvəlki sistemlə hesablaşma siyasətinin davamı olduğunu qeyd edib:
“Keçmişdə toxunulmaz hesab edilən fiqurların hədəf alınması Ermənistanda keçmiş hakimiyyətin məsuliyyətə cəlb olunması presedentini formalaşdırır. Proses Ermənistan cəmiyyətində Köçəryan və Sarkisyan dövrünün siyasi irsinin legitimliyini yenidən müzakirəyə çıxarmaq üçün zəmin yaradır”.
Rəşad Bayramovun sözlərinə görə, sabiq rəhbərlər barəsində yekun məhkəmə hökmünün çıxarılması həm Ermənistanın daxili siyasi mühitində, həm də Azərbaycan-Ermənistan münasibətlərində keçmişə hüquqi-siyasi qiymət verilməsi baxımından ciddi əhəmiyyət daşıyacaq.
Çimnaz Telmanqızı
20:39 / 15 Noyabr 2026
20
20:30 / 15 Noyabr 2026
50
20:09 / 15 Noyabr 2026
236
19:51 / 15 Noyabr 2026
255
19:37 / 15 Noyabr 2026
77
19:17 / 15 Noyabr 2026
89
19:09 / 15 Noyabr 2026
88
18:40 / 15 Noyabr 2026
102
18:05 / 15 Noyabr 2026
138
17:53 / 15 Noyabr 2026
1737
17:43 / 15 Noyabr 2026
720
17:16 / 15 Noyabr 2026
606
17:12 / 15 Noyabr 2026
3232
17:09 / 15 Noyabr 2026
116
15:50 / 15 Noyabr 2026
129
15:25 / 15 Noyabr 2026
163
15:15 / 15 Noyabr 2026
146
14:47 / 15 Noyabr 2026
209
14:34 / 15 Noyabr 2026
412
14:25 / 15 Noyabr 2026
169
14:19 / 15 Noyabr 2026
142
14:02 / 15 Noyabr 2026
568
13:27 / 15 Noyabr 2026
420
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.