“Əbədi dostluq haqqında Müqavilə” imzalandı - Fotolar
23 Avqust 2026, 19:02
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
77
23.08.2026, 23:40
İranda ölkənin enerji ehtiyatlarını əhəmiyyətli dərəcədə artıracaq yeni təbii qaz yatağı aşkarlanıb.
Oxu24.com xəbər verir ki, bunu İranın neft naziri Möhsün Paknejad bildirib.
O, Fars vilayətinin cənubunda yerləşən yataqda 7,5 trilyon kub futdan çox təbii qaz ehtiyatının olduğunu açıqlayıb.
Məlumata görə, yataqdakı qazın təxminən 5,7 trilyon kub futunun hasil edilə biləcəyi hesablanır.
Paknejad kəşfin İranın milli enerji ehtiyatlarına ciddi töhfə verəcəyini və ölkənin gələcək illərdə enerji tələbatının qarşılanmasında mühüm rol oynayacağını bildirib.
Nazirin sözlərinə görə, yataqdan hasil edilə biləcək qazın həcmi Cənubi Pars yatağının bir fazasının təxminən 15 illik hasilatına bərabərdir.
Paknejad yataqda təbii qazla yanaşı, əhəmiyyətli həcmdə qaz kondensatı da aşkarlandığını bildirib.
Nazir yeni ehtiyatların ümumi dəyərinin İranın enerji aktivlərinə on milyardlarla dollar əlavə edə biləcəyini qeyd edib.
Yatağın mühüm üstünlüklərindən birinin qazın “şirin” olması olduğu vurğulanıb. Bu xüsusiyyətin qazın emalı və hasilatı ilə bağlı xərcləri azaltmağa imkan verəcəyi bildirilir.
İran Neft Nazirliyi yatağın işlənməsi ilə bağlı kəşfiyyat və hazırlıq işlərinə mümkün qədər tez başlamağı planlaşdırır. Hasil olunacaq qazın isə əsasən sənaye müəssisələri, elektrik stansiyaları və yüksək enerji istehlak edən digər sahələrə yönəldilməsi nəzərdə tutulur.(qafqazinfo)
00:26 / 24 Avqust 2026
21
22:46 / 23 Avqust 2026
64
21:04 / 23 Avqust 2026
83
20:22 / 23 Avqust 2026
66
19:55 / 23 Avqust 2026
102
19:12 / 23 Avqust 2026
114
19:02 / 23 Avqust 2026
113
18:44 / 23 Avqust 2026
115
17:40 / 23 Avqust 2026
82
17:31 / 23 Avqust 2026
125
17:09 / 23 Avqust 2026
91
16:36 / 23 Avqust 2026
120
16:15 / 23 Avqust 2026
142
15:59 / 23 Avqust 2026
109
15:19 / 23 Avqust 2026
124
15:04 / 23 Avqust 2026
111
14:39 / 23 Avqust 2026
89
14:20 / 23 Avqust 2026
94
14:18 / 23 Avqust 2026
88
14:09 / 23 Avqust 2026
85
14:01 / 23 Avqust 2026
131
13:56 / 23 Avqust 2026
102
13:48 / 23 Avqust 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.