Qərar İMZALANDI:Teymur Musayev sədr oldu
12 Noyabr 2026, 15:36
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
350
23.08.2026, 18:44
Əsas məqsədimiz əmtəə dövriyyəsində 1 milyard dollarlıq həddə çatmaqdır.
Oxu24.com-un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.
“Son 5 il ərzində qarşılıqlı ticarətin həcmi 3 dəfə artıb. Birgə layihələrin ümumi portfeli, artıq dediyim kimi, bir çox layihələri siyahıdan çıxarmışıq və hazırda 5 milyard dolları ötüb. Lakin bizim komandamız, həm nazirim, həm də baş nazir müavinim hər bir rəqəmə görə konkret məsuliyyət daşıyacaqlarına söz verirlər. Azərbaycanlı həmkarlarımızla birlikdə işləyirik. Səfərə hazırlıq çərçivəsində Hökumətlərarası Komissiyanın, Biznes Şurasının və Regionlar Forumunun iclasları uğurla keçirilib. Bu görüşlər zamanı birgə layihə və proqramların həyata keçirilməsi ilə bağlı mühüm təşəbbüslər hazırlanıb. İndi əsas vəzifə iki ölkənin hökumətlərinin, nazirlik və qurumlarının həmin təşəbbüslərin səmərəli icrasını təmin etməsidir. Hər dəfə bu Dövlətlərarası Şuranın iclasını keçirərkən biz Prezident İlham Əliyevlə sizə deyirik ki, məsələləri ciddi nəzarətə götürəcəyik. Bu dəfə də istisna deyil. Hər bir söz ciddi nəzarətdə olacaq ki, real nəticə əldə edilsin. Çoxtərəfli əməkdaşlığımızın prioritet istiqamətlərini qısa şəkildə qeyd etmək istəyirəm. Birincisi, regional və beynəlxalq platformalarda ümumi maraqlarımızın irəlilədilməsi məqsədilə xarici siyasət qurumlarının sıx koordinasiyasını davam etdirmək vacibdir. Bu, çox önəmlidir. Dar formatda həmçinin parlamentlər, hökumətlər, nazirliklər, dövlət qurumları və regionlarımız arasında əlaqələrin yeni səviyyəsinə güclü impuls vermək barədə razılığa gəldik.
İkincisi, qarşıdakı əsas məqsədimiz, indi dediyim kimi, əmtəə dövriyyəsində 1 milyard dollarlıq həddə çatmaqdır. Bunun əsasını bu gün qəbul etdiyimiz və bu mühüm hədəfə nail olmaq üçün konkret tədbirləri nəzərdə tutan proqram təşkil edəcək.
Üçüncüsü, sənaye kooperasiyasının dərinləşdirilməsinə xüsusi diqqət yetiririk. Ölkələrimizin biznes dairələri geologiya, energetika, kimya, maliyyə, tikinti, kənd təsərrüfatı və digər sahələrdə bir sıra layihələri uğurla həyata keçirirlər. Bugünkü iclas çərçivəsində yeni layihələrə start verəcəyik. Belə təşəbbüslərin dəstəklənməsi üçün birgə fəaliyyət investisiya şirkətlərinin vəsaitlərindən fəal istifadə edilməlidir”, - deyə Şavkat Mirziyoyev qeyd edib.
15:36 / 12 Noyabr 2026
89
15:15 / 12 Noyabr 2026
1
15:12 / 12 Noyabr 2026
58
14:15 / 12 Noyabr 2026
109
14:04 / 12 Noyabr 2026
294
13:59 / 12 Noyabr 2026
260
13:55 / 12 Noyabr 2026
108
13:45 / 12 Noyabr 2026
184
13:36 / 12 Noyabr 2026
226
13:29 / 12 Noyabr 2026
108
13:21 / 12 Noyabr 2026
124
13:20 / 12 Noyabr 2026
148
13:18 / 12 Noyabr 2026
470
13:16 / 12 Noyabr 2026
141
13:07 / 12 Noyabr 2026
404
13:04 / 12 Noyabr 2026
101
13:00 / 12 Noyabr 2026
100
12:40 / 12 Noyabr 2026
116
12:25 / 12 Noyabr 2026
152
12:05 / 12 Noyabr 2026
147
11:55 / 12 Noyabr 2026
131
11:50 / 12 Noyabr 2026
152
11:36 / 12 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.